AFFA hədəf yayındırır: yeni baş məşqçi axtarışına başlandı

 
AFFA rəhbərliyi azarkeşlərin qəzəbindən qurtulmaq üçün tədbir görməyə başlayıb. Milli omandanın biabırçı çıxışına görə “günah keçisi” axtaran rəsmilər özlərini qorumaq naminə hədəf göstərməyə başlayıb.
 
Azarkeşlərin Slovakiya ilə ev oyununda istefa çağırışları etməsi, AFFA rəhbərliyini postundan getməyə səsləməsi ciddi silkələnməyə səbəb olub. Assosiasiyanın başbilənləri yenə xalqı aldatmaq fikrindədi. Belə ki, futbol təsərrüfatını düzgün idarə edə bilməyən, bu səbəbdən indiki duruma düşməyimizin səbəbkarı olan rəsmilər baş məşqçi Nikola Yurçeviçi yem kimi ictimaiyyətin qarşısına atmaq məqsədi güdür.
 
Dünən matç bitən kimi AFFA İcraiyyə Komitəsi təcili yığışıb və elə stadiondaca Yurçeviçdən 1:5-in hesabatını istəyib. Görüşdə xorvat çalışdırıcıya iradlar bildirilib, o, əsas günahkar kimi qələmə verilib. Danlandıqdan sonra pəjmürdə halda mətbuat konfransına qatılan Nikola sıxma-boğmanın gətirdiyi stressdəndi ki, nə danışdığını bilməyib, hətta qırmızı xətti də keçib.
 
Üzr istəməyən, bunun lazım olduğunu deməklə kifayətlənən xorvat rəqib futbolçuları tərifləməklə, onları qiymətə mindirməklə vəziyyətdən çıxmağa çalışıb. Halbuki hamımız bilirik ki, bunlar quru bəhanələrdi, əksini isbat etmək üçün minlərlə nümunə var. Slovakiya tipli komandalarla Bakıda daha yaxşı oynamaq mümkün idi. Komanda ümumiyyətlə, futbol oynamırdı və bunda baş məşqçinin günahı var. Sadəcə, Yurçeviçin öz səviyyəsi yığma üçün yetərli deyil.
 
Bir saatın tamamından sonra futbolçuların fiziki cəhətdən çatdırmadığını deyən Nikola bu vəziyyəti müqavilə bağlamamış da bilirdi. Amma o zaman susur, anlaşmanı rəsmiləşdirmək istəyirdi. Artıq əlində sənəd var və hamımızın gördüyü problemləri indi dilə gətirir, bəhanə axtarır. O zaman 3 həftədi keçirdiyi toplanışda nə edib ki, indi futbolçular bu durumdadı?
 
Yurçeviç hamiləri ilə kiçik dairədə etdiyi söhbəti də mətbuata çıxarıb. Millətlər Liqasını yada salan, Qurban Qurbanovun bostanına daş atan xorvatın cavabını səbəbkar özü verməlidi. Bircə onu qeyd edək ki, Qurbanovun nələr etdiyini bütün azarkeşlər bilir. Ən azı peşə əxlaqı Nikolaya belə danışmağa imkan verməməliyidi – görünür, o, bu baxımdan da yetişməyib.
 
İstənilən halda, Yurçeviçin çabalaması göstərir ki, onunla bağlı bütün suallar aydındı. Xorvat məşqçi İK üzvlərindən ciddi qulaqburması alıb və sadəcə, yola salınması qalır. AFFA onu istefaya göndərsə, böyük təzminat ödəməlidi. Yəqin ki, qarşıdakı günlərdə qarşılıqlı razılığa gəlinməsi ilə bağlı danışıqlar olacaq. Çünki AFFA prezidenti Rövnəq Abdullayevin katibliyə yeni məşqçi axtarışına başlanmasını tapşırması dəqiqdi.
 
Təbii ki, bu, özünüqoruma instiktidi, “yuxarı”dan gələn qəzəbi yumşaltmaq cəhdidi. Yurçeviçi kimin əvəz etməsindən asılı olmayaraq, ölkə futbolunun perspektivi yoxdu. AFFA-da ciddi islahat aparılmalı, rəhbərlik dəyişməli, xüsusilə də baş katib Elxan Məmmədov səriştəli fitbol mütəxəssisi ilə əvəz olunmalıdı. Yurçeviçi qovmaq yalnız baş aldatmaq olacaq. Qəzəbli azarkeşi köhnə oyunlarla ovutmaq mümkün deyil.(futbolinfo)
Tarix: 12 İyun [12:00]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az