İran polisi qadın azarkeşlərə hücum etdi

Tehranda İran və Suriya milliləri arasında keçirilən oyunu izləmək istəyən iranlı qadın azarkeşlər təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.
 
Qadınların kişilər arasında oyunları stadionda izləməsi qadağan olunan ölkədə futbol federasiyası heç bir məhdudiyyət olmadan bilet satışı həyata keçirib. Lakin oyuna bir gün qalmış federasiya heç bir açıqlam verəmədən qadınların bilet almasına qadağa qoyub. 
 
Bileti olan iranlı qadınlar stadiona daxil olarkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Suriyalı qadınlar isə sərbəst şəkildə stadiona daxil olaraq oyunu izləyə bilib. Hadisə zamanı saxlanılan iki qadının harda saxlandığı bilinmir.
 
Təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan qadınlardan biri  "Etimad" qəzetinə açıqlama verib. Gözyaşlarını saxlaya bilməyən qadın "Bir polis ayağını qadınlardan birinin sinəsinə dayadı, əlindəki telefonunu aldı və pul kisəsini parçaladı. Polislər bizə hücum etdi və qadınlardan birini yerdə sürüdülər" deyib. 
 
Başqa bir qadın isə polislərin onları yumruqla vurduğunu bildirib: "Bizi təpiklədilər, yumruqla vurdular. Heç nə etməsək də, təhqir etdilər". 
 
Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) əməkdaşı Mansur Mills də "İran rəhbərliyi bir daha sadəcə futbol sevgisini göstərən qadınlara zülm edir" deyib.
Tarix: 11 İyun [19:00]
Oxunub: 24 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Avstriyaya getdi

Aut.az

"Qarabağ"ın rəqibi darmadağın oldu

Aut.az

“Malyorka” La Liqada

Aut.az

A Seriyası təmsilçisindən Kipr klubuna

Aut.az

Rodalleqa “Dənizlispor”da

Aut.az

“Səbail”dən Albaniya klubuna

Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az