Zabit Səmədov icra başçısı ilə niyə görüşüb? - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib.
 
İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub.
 
N.Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıyır. İl ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. İdman sarayı və ərtafında salınacaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.
 
Z.Səmədov Gəncədə idman sarayı və şəhərciyinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropanın İdman Şəhəri seçilməsini isə Gəncənin uğuru hesab edib. Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb. Söhbət bu mövzu ətrafında aparılan müzakirələrlə davam edib.
 
Tarix: 11 İyun [18:00]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az

Günün oyunları - TV

Aut.az

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Aut.az

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü

Aut.az

Futbolçu davamlı zədələr üzündən intihar etdi

Aut.az

Əzələsini şişirdən idmançının qolları kəsilə bilər! - FOTO

Aut.az