Tuayevin vicdanı oyanıb, yoxsa

Kazbek Tuayevin yadına Rəşad Sadıqov düşüb. Veteran futbolçu, sabir məşqçi, İcraiyyə Komitəsində əbədi kreslo özəlləşdirən bu adam yatıb, oyanıb və “Qarabağ”ın kapitanının milli komandaya qayıtmaq perspektivindən danışıb. Hətta bunun vacibliyindən dəm vurub.
 
Tuayev haqlıdı. Yaşına rəğmən, Rəşad milli komandada rahat oynaya biləcək biridi. Onun oyunundan çox xarizmasına, ağsaqqallığına, təşkilatçılığına ehtiyac var. Hətta Qurban Qurbanovun yığmada işlədiyi vaxt əsas səhvi məhz kapitana milli forma geydirməməsi idi. O vaxt AFFA-nın baş katibi Elxan Məmmədov Qurban bəyin saqqızını oğurladı, Rəşadı U-21-ə baş məşqçi təyin etdirməyə razı saldı, cütlüyü ayırdı və faktiki onların məğlubiyyətinin bünövrəsini qoydu.
 
İndi Tuayevin yadına yenə Sadıqov düşüb. Qeyd etdiyimiz kimi, Rəşad bu çağırışa layiqdi. Amma bəs, görəsən, Qurbanovun, Sadıqovun gözdən salınmasına cəhd edilərkən, onlar milli komandalardan qovularkən, indiyədək milliyə çağırılmayarkən Kazbek bəy hansı kolluqda gizlənmişdi? Rəşad indimi yadınıza düşdü? Onu qaytarıb, yenidən zibilə salmağa, günahlarınızı, biabırçı durumu onun boynunamı yıxmaq istəyirsiz?
 
Cənab Tuayev, illərdi külləndiyiniz İcraiyyə Komitəsində Elxan Məmmədovun ssenariləşdirilmiş hər qərarına “baş üstə” deyəndə vicdanınız sızlamırdımı? Osetin qanınız indimi cuşa gəlib? Yoxsa Nikola Yurçeviçin, Milan Obradovuiçin təyinatına İK-da müsbət rəy verdiyiniz üçün qızarmağa başlayırsız?
 
Xaraba qoyduğunuz futbol təsərrüfatı üçün “qurbanlıq” axtarırsızsa, Rəşad o səhvi bir dəfə edib. Azərbaycan futbolunu düşündüyü üçün özünü od-alovun içinə atıb, siz isə kömək etmək əvəzinə benzin tökmüsüz. Və bu gün xilaskar gözüylə yenə gözünüzü ona dikmisiz.
 
Deyək ki, Rəşad qayıtdı və oynadı. Bəs, sabah? Axi, Sadıqov da robot deyil, yaş keçir, fiziki imkanlar yüksək səviyyədə oynamağa imkan vermir. 1-2 ildən sonra kimi namizəd göstərəcəksiz? 27 ildi yeyib-dağıtdığınız futbol təsərrüfatında nə iş görmüsüz? Heç nə - nəsə etsəydiz, indi milli komandaya veteran mərkəz müdafiəçisi axtarmazdız.
 
AFFA-da görməli olduğunuz, amma görmədiyiniz işlər bir yana. Axı, siz həm də Təhsil Nazirliyinin maliyyələşdirdiyi, milyonlar xərclədiyi uşaq məktəbinin rəhbərisiz. Neçə illərdi altdan-altdan yeyirsiz, kresloda mürgüləyirsiz. Bəs, sizin məktəbin yetirmələri hardadı, niyə milli komanda səviyyəsində bir nəfər də hazırlamamısız? Dövlətin sizə etibar etdiyi o milyonları nəyə xərcləmisiz?
 
Çox sual verdim, eləmi? Bəs, bu suallar sizin bütün günahlarınızı, fəaliyyətsizliyinizi üzə çıxarmaq üçün yetərlidimi? Danışmaq, fikir yayındırmaq üçün, ola bilər, düymənizi basıblar, amma camaatı özünüzə güldürməyin, gizləndiyiniz kolluğa qaçın.(futbolinfo)
Tarix: 11 İyun [16:50]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az

Kosta-Rikadan Azərbaycan klubunda

Aut.az

Bəhmən Həsənov "Zirə"də?

Aut.az

Ramin Musayev: Premyer Liqada klubların sayını artıracağıq

Aut.az

"Neftçi"nin 2 futbolçusu Rusiyada oynaya bilər

Aut.az

"Astana" - BATE oyununa Azərbaycandan təyinat

Aut.az