Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

Futbol üzrə UEFA Çempionlar Liqasında yeni mövsümün ilk mərhələsinin püşkü atılıb.

Bu mərhələdə Andorra (“Santa Koloma”), Kosovo (“Feronikeli”), Cəbəllütariq (“Linkoln”) və San Marino (“Tre Penne”) çempionları mübarizə aparacaq. Mini turnirin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinal mərhələsinin oyunları iyunun 25-də, final matçı isə 28-də keçiriləcək. Turnirin bütün qarşılaşmaları Kosovonun paytaxtı Priştina şəhərindəki “Fadil Vokkri” stadionunda keçiriləcək.

Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal

25 iyun

Feronikeli (Kosovo) – Linkoln (Cəbəllütariq)
Tre Penne (San Marino) – Santa Koloma (Andorra)

Final

28 iyun

Feronikeli/Linkoln – Tre Penne/Santa Coloma

Tarix: 11 İyun [16:10]
Oxunub: 28 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Avstriyaya getdi

Aut.az

"Qarabağ"ın rəqibi darmadağın oldu

Aut.az

“Malyorka” La Liqada

Aut.az

A Seriyası təmsilçisindən Kipr klubuna

Aut.az

Rodalleqa “Dənizlispor”da

Aut.az

“Səbail”dən Albaniya klubuna

Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az