Ponomaryov da yaxşı gələcəyə inanmır: “Azərbaycan futbolunda dəyişikliklər baş verməlidir”

"Macarıstanla görüşün oyuna görə olduğunu demək asandır. Üstəgəl bilinirdi ki, macarlar başla yaxşı oynayır. Rəqibi bomboş saxlayırıq. Başa düşə bilmirəm, biz artıq sürətli, texnikalı, komanda oyunu göstərə bilmirik? Hücumda heç bir təşkilatlanmış oyun yoxdur, hamısı sumburdur. Heç olmasa, hansısa kombinasiyalar hazırlanmalı idi” – bu sözlər olimpiya çempionu İqor Ponomaryova məxsusdu.
 
Milli komandamızın sabiq baş məşqçisi də yığmamızın nəticələrindən narazıdı. O, azerisport.com saytına müsahibəsində narazılığını aşkar bildirib: “Slovakiya ilə oyunda nəsə yenilik gətirilməlidir - əgər qələbə istəyirlərsə. Yeni taktika, yeni oyun quruluşu, nə istəyirlər olsun, təki yenilik olsun. Bəlkə onda şans olar. İndiki oyunla düşünmürəm ki, qələbə olsun”.
 
Vaxtilə Slovakiya üzərində Bakıdakı qələbəmizin memarı olan Ponomaryov millinin gələcəyi ilə bağlı bədbin fikirdədi: “Təəccüblü olsa da, artıq millinin gələcəyini heç kim görmür, eynilə Azərbaycan futbolunun. Nə mənim dostlarım, nə xalq, hətta siz jurnalistlər də. Siz isə mənə belə sual verirsiz. Sizcə, mən necə cavab verməliyəm? Azərbaycan futbolunda dəyişiklər baş verməlidir, yoxsa müsbət tərəfə dəyişikliklərə biz heç vaxt nail ola bilməyəcəyik".
 
Tarix: 11 İyun [15:50]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az