Dövlətin pulunu talayanların yaratdığı qəzəb

AFFA səksəkədədi. Bu gün azarkeşlər qurumun rəhbərliyini, xüsusilə də baş katib Elxan Məmmədovu istefaya səsləmək üçün səfərbər olub.
 
Sosial şəbəkədə aparılan təbliğatdan belə anlaşılır ki, artıq fanatların səbr kasası dolub və hamı əsas günahkarı yaxşı tanıyır. İndi isə onun hesabat verməsi zamanıdı. 12 ildi qucaqladığı kreslonu tərk etməsi üçün hər cür səbəb var. Ölkə futbolu ən pis dövründədi və bunun birbaşa günahkarı Məmmədovdu.
 
Azarkeşlərin başlatdığı kampaniya üsyana cəhd deyil. İnsanlar artıq bezib və başqa çıxış yolu görmürlər. Yalnız öz cibini, biznesini düşünən bu şəxs hamını boğaza yığıb. Kadrları vecsizdi, futbolun ruhundan xəbərsizdilər, top oyununa bazar obyekti kimi yanaşırlar, ancaq pul qazanmağ düşünürlər. Azarkeşə isə futbol, nəticə lazımdı. Məmmədov illərdi bunu bacarmır, əksinə, onun iradəsinə tabe olmayan klublar avrokuboklarda tarix yazır. Deməli, bu ölkədə futbol da var, onu anlayanlar, inkişafı üçün bacarığı olanlar da. Sadəcə, baş katib hamının qabağında əngəldi. O, hər şeyi özünün, hamilərinin maraqlarına qurban verir.
 
İndi elə vəziyyətdi ki, Məmmədovun iş bacaran kadrı yoxdu. Hamısı marketoloqlardı, onları isə qazanc maraqlandırır. Düzdü, futbol da biznesdi, lakin əvvəlcə nəticə verməli, futbolu məhsula çevirməli, sonra isə ondan qazanmalısan. Məmmədov isə dövlətin ayırdığı milyonları xərcləməklə iş görürmüş kimi görüntü yaradır. Dövlət büdcəsini dağıtmaqla yalnız şou yaratmaq olar, nəticə meydanda oynanılan futbolun keyfiyyətinə görə əldə edilir. Bizim baş katibin bildiyi isə topçiləmə festivalları, pivə alveridi.
 
Təsəvvür edin, AFFA-dan maliyyələşən əksər klubların rəhbərləri 20-30 min manat civarında aylıq paket alır. Bu isə illik təqribən 300 min manatdı. Həmin pula divizionda neçə klub saxlamaq olar? Təsəvvür edin, hər klubun rəhbərinə verilən maaşa bir rayonumuzda top oyunu inkişaf etdirilər, azarkeşlərin asudə vaxtının təmin olunması üçün futbol oynanılar. Gəncədə, Tovuzda olduğu kimi...
 
Təbii ki, klub rəhbərləri də məvacib almalıdı. Amma hər kəs bacarığına, gördüyü işə görə. Ölkə əhalisinin aylıq qazancını müqayisə edəndə irtaya fantasik fərq çıxır. Hətta yüksək ödənişli legioner futbolçular da bu klub rəhbərinin qazancına həsəd aparır. Halbuki bütün dünyada futbolçular nəinki klub prezidentindən, hətta baş məşqçidən də dəfələrlə çox qazanır. Yoxsa ki, dövlət büdcəsindən gələn milyonları rahatca cibə qoymağa, əvəzində heç bir iş görməməyə nə var ki?
 
Futbol bu sahənin mütəxəssislərinə, top oyunu ilə nəfəs alan insanlara həvalə olunmalıdı. Hazırda futbolda iş başında olan, nəticələriylə özünü təsdiqləyənləri sadalamayacam. “Qarabağ” və “Qəbələ”də, hətta “Zirə”də belələri yetərincədi, mən işsiz olan, amma ayağı bildiyini Məmmədovun başının bilmədiyi 5 nəfərin adını çəkəcəm. “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov, “Bakı”nın sabiq icraçı direktoru Yaşar Seyidov, “İnter”in keçmiş prezidenti Rəşad Qasımov, “Turan”ın sabiq vitse-prezidenti Yaşar Sultanov və “Qəbələ”dən yenicə istefa verən Səbuhi Səfiyarlı.
 
Süleymanovlu “Neftçi”nin klub futbolundakı uğurların cığıraçanı olduğu kimsəyə sirr deyil; Seyidovun birbaşa nəzarət etdiyi “Bakı” akademiyasının yetirmələri hələ də milli komandalarımızın əsas kadrlarıdı: Qasımov son illərin ən uğurlu prezidentlərindəndi, komandası ardıcıl 30-a yaxın oyunda uduzmadığı halda, inu kənara atdılar; Sultanov səriştəsinə görə seçilirdi, onun vaxtında üzə çıxan tovuzlu futbolçular bu gün də millilərimizə, klublarımıza xidmət edir; nisbətən gənc Səfiyarlının “Qəbələ”nin uğurlarındakı müstəsna rolu da danılmazdı.
 
Hamısı da milyonların tüğyan etdiyi dövrdən təmiz çıxan, Məmmədovun kadrları ilə müqayisədə 5-6 qat azına qane olan futbol fədailəridi. Lakin baş katibin qılıncının altından keçmədikləri üçün hazırda kənarda saxlanılırlar.
 
Ona görə də kimsə Məmmədovun əvəzolunmazlığı barədə yaradılmış mifə inanmasın. Ölkədə futbol təsərrüfatını idarə edəcək onlarca bacarığlı kadr var, sadəcə, onlara şərait yaratmaq, imkanlarından istifadə etmək lazımdı. Azarkeşlərin tələbini “yuxarılar” qulaqardına vurmasın, futbolun inkişafını həqiqətən istəyiriksə, bu uğursuz era bitməli, iş başına işi bacaranlar gətirilməlidi.
 
Bu gün milli komandamız Slovakiyadan xal da ala bilər. Lakin inanın ki, bu, təsadüfdən başqa bir şey olmayacaq. U-19-un, U-21-in nəticələrinə, ən əsası, oynadığı bərbad futbola baxın. Millinin yaxşı nəticəsi Məmmədovun dəstəsinin ömrünü uzatmaq üçün yalançı fon olardı. Bu ölkədə futbola münasibət, idarəçilik dəyişməli, düzgün strategiya seçilməli, işlək mexanizm, sistem yaradılmalıdı. Məmmədov 12 il ərzində buna cəhd də etmədi, işi futbol peşəkarlarının öhdəsinə verməyin vaxtıdı. Onlar Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov kimi yalançı qəhrəmanları yox, incik düşən əsl futbol veteranlarını, fədailərini, sağlam qüvvələri başına yığıb, azarkeşləri tribunalara, top oyununu bölgələrə qaytaracaq.
 
Hazırda AFFA rəsmiləri azarkeşlərin sosial şəbəkədəki fəallığını lazımi dairələrə üsyan cəhdi kimi çatdırır. Halbuki belə deyil, insanlar bezib və səslərini bu formada çatdırırlar. Ölkə rəhbərliyi səmimi etirazları diqqətsiz qoymur, məqsədsiz, ürəkdən gələn çağırışlara diqqət göstərir. İndi də xalqla rəhbərliyin arasındakı bu məmurları ifşa etməyin vaxtıdı. Çünki onların səriştəsizliyi, məsuliyyətsizliyi üzündən xalq narazı kütləyə çevrilib. Onların mənfi emosiyalarını sakitləşdirmək, əvəzində sevgilərini qazanmaq üçün narazılıqlarına biganə qalmamaq yetərlidi.(futbolinfo)
Tarix: 11 İyun [15:40]
Oxunub: 109 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az