İstefa şüarlarının qarşısını almaq üçün – matça 19 saat qalmış bilet “tükəndi”

Macarıstanla biabırçı oyundan sonra Slovakiya ilə qarşılaşmaya bilet tapılmırsa, deməli, burada nə isə “əmma” var. Avro-2020-nin seçmə mərhələsinin iyunun 8-də keçirilən matçına bütün fan-klubların səfərbər edilməsinə rəğmən, tribunalarda xeyli boş yer var idi. Üstəlik, zövqsüz oyun, rəzil günündə olan komandaya cəmi 3 gün sonra tam dəstək verilməsi qəribədi.
 
Matçın startına 19 saat qalarkən bütün biletlərin satıldığının elan edilməsi gülünc mənzərədi. Sadəcə, bunun səbəbi var. Azarkeşlərin sosial şəbəkədə kampaniya aparması, oyuna gedərək AFFA rəhbərliyini istefaya səsləməyə qərar verməsi qurum rəsmilərini hərəkətə keçirib. Onlar narazı fanatların tribunada az təmsil olunması üçün biletləri satışdan çıxarıb və müxtəlif idarələrə paylayıb.
 
Redaksiyamıza daxil olan məlumata görə, SOCAR-a bağlı müxtəlif müəssisələrə minlərlə bilet paylanılıb. Onlar gəlib tribunaları dolduracaq və etirazçılara səsini çıxarmağa imkan verilməyəcək. Kəsəsi, futboldan ciddi anlayışı olmayan, məcburən oyuna gətirilənlərin, macarlarla oyunda olduğu kimi, rəqibin qoluna əl çalanların sayı bu dəfə daha çox olacaq. Təbii ki, belə təşkilatlanma əsl fanatların bilet tapa bilməməsi ilə nəticələnəcək.
 
Tez bilet alanlar olub, amma onların sayı azdı və bu üzdən istefa şüarlarının səslənməsinin qarşısı alınacaq və ya bu, kütləvi olmayacaq. Həmin narazıları nəzarət götürmək üçün xüsusi adamlar da çox olacaq. Bu səbəbdən azarkeşlər ehtiyatlı olmalı, özülərini düşünməlidilər.
 
Əsas odur ki, AFFA azarkeşlərin narazılığının fərqindədi və təşvişə düşdüklərindən alternativ varianta əl atıblar. Lakin sosial şəbəkədəki narazılığın qarşısını almaq onların gücü daxilində deyil, insanların tribunadan ayağını kəsmək olar, səslərini yox.
 
Azarkeşlər Avro-2020-nin final mərhələsinə vəsiqə vəd edən, indi isə 0 xalla qrup sonuncusu olan milli komandanın rəhbərlərindən narazıdı. Onlar səriştəsiz idarəçilərə etiraz edirlər. Narazıların qarşısını bu cür süni yollarla yox, görülən işlə almaq lazım idi. AFFA isə illəri boşa verib, bu gün yaratdıqları üfunətin qoxusunu ört-basdır etməyə çalışırlar.
 
Həddindən çox narahat olan AFFA-dan hər şey gözləmək olar. Kresloların qorumaq üçün hər yola əl atan qurum rəsmiləri hakimlərə, rəqibə çıxış tapa, sürpriz nəticəyə nail ola bilərlər. Kiçik ehtimaldı, amma mümkündü. Lakin hətta bu gün qazanılacaq qələbə də heç nəyi dəyişməyəcək. Saxta, təsadüfi uğurla illərin eyiblərini örtmək mümkün deyil.(futbolinfo)
 
Vəziyyət o qədər qəlizdi ki, macarlarla oyunda birləşən fan-klublar arasında da fikir ayrılığı yaranıb. Onlardan bəzilərinin istefa şüarları səsləndirməsinin qarşısı alındığından bu dəfə hamını oyuna gətirmək mümkün olmayıb. Ona görə də indi başqa varianta əl atılıb. Əsas odur, tribunalar dolu olacaq. Azarkeşlə yox, tamaşaçı ilə...
 
Tarix: 11 İyun [15:30]
Oxunub: 85 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az