Millimiz Slovakiyaya qarşı - BU GÜN

Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığması ilə üz-üzə gələcək. Matçı şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu, yığmamızın E qrupunda üçüncü matçıdı. Azərbaycan millisi ilk turda Zaqrebdə Xorvatiyaya uduzub (1:2), bir neçə gün öncə isə Bakıda Macarıstana məğlub olub (1:3). 

Azərbaycan millisi tarix ərzində Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də rəqib komanda qələbə qazanıb. Yığmamız isə 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında Bakıda 2:0 hesablı qələbəyə imza atıb. 

Bu gün E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. 

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

11 iyun

20:00. Azərbaycan - Slovakiya
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (hamısı Şotlandiya).
Bakı. 8-ci km stadionu.

Tarix: 11 İyun [15:00]
Oxunub: 48 dəfə
Müəllif: Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az

Kosta-Rikadan Azərbaycan klubunda

Aut.az

Bəhmən Həsənov "Zirə"də?

Aut.az

Ramin Musayev: Premyer Liqada klubların sayını artıracağıq

Aut.az

"Neftçi"nin 2 futbolçusu Rusiyada oynaya bilər

Aut.az

"Astana" - BATE oyununa Azərbaycandan təyinat

Aut.az