Futbolun ən güclü qadını: böyük qərarların arxasında o var - FOTOLAR

"Real" uzun müddətdi danışıqlar apardığı Eden Hazardın transferini axır ki, açıqladı. "Kral Klubu" bu futbolçu üçün "Çelsi"yə 100 milyon avro ödəyəcəyi deyilir.
 
Hazardın satılmasına qərar verən "Çelsi" rəsmisinin kimliyi isə böyük maraq doğurur. Əsasən kişilərin hökmranlıq etdiyi digər futbol klublarından fərqli olaraq "Çelsi"də transferlərə görə məsul şəxs qadın - Marina Qranovskayadı.
 
"Çelsi"nin sahibi Roman Abramoviç İngiltərədə yaşamadığından London klubunda futbolçuların alışına və satışına görə bütün səlahiyyətlər bu xanıma aiddi. Kevin de Bruynedən Məhəmməd Salaha qədər bir çox ulduzun transfer edilib satılmasında rol oynayan Marina Qranovskaya Abramoviçin yoxluğunda "Çelsi"dəki yeganə söz sahibidi. Müqaviləsinin sonuna bir il qalmış yeni anlaşma imzalamaqdan imtina edən Hazardın bonuslarla birlikdə 140 milyon avroya satılıması Marina Qranovskayanın uğuru hesab olunur.
 
Böyük qərarları o verir
 
Kevin de Bruynenin 8 milyon avroya alınıb 22 milyon avroya "Volfsburq"a satılması, 16,5 milyon avroya alınaraq "Roma"ya əvvəlcə 5 milyon avroya icarəyə verilməsi və ardınca 15 milyon avroya satılması qərarlarını da Marina Qranovskaya verib.
 
Roman Abramoviçin ən çox etibar etdiyi şəxslərdən biri olan bu xanım uzun illərdi yəhudi əsilli rusiyalı milyarderlə birlikdə çalışır. O, Abramoviçin dünyanın ən varlı adamlarından birinə çevirilməsinə səbəb olan "Sibneft" şirkətində onun köməkçisi olub. Milyarderin "Çelsi"ni satın almasından sonra Londona köçən Marina Qranovskaya klubun əsas simasına çevirilib və Abramoviçin "sağ əli"nə çevirilib. 
 
Droqbanı da o göndərib
 
Futbol bilgisinin zəif olmasına rəğmən Marina Qranovskayaya etimad göstərən Abramoviç daha çox onun düzgünlüyünə və qərar vermə bacarığına güvənir. Onun bütün qərarlarını dəstəkləyən milyarder ən kritik həmlələrdə belə Marina Qranovskayaya dəstək olur. İş adamı Marina Qranovskayanın Didye Droqbanın Çempionlar Liqasının finalında vurduğu qolla kuboku komandasına qazandırmasına rəğmən transfer haqqı ödənmədən Çinə göndərilməsi, Fernando Torresin 60 milyon avroya alınması kimi qəbul edilməsi çətin qərarlarına belə etiraz etməyib. 
 
 
 










Tarix: 10 İyun [15:30]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

FIFA-nın səfiri "Qalatasaray"a görə Türkiyəyə gəldi - FOTOLAR

Aut.az

Ronaldonun çəkisi görənləri şoka saldı - FOTOLAR

Aut.az

Qadın futbolçu gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR

Aut.az

Futbolçusunun arvadı da "Neftçi"dən narazıdı - FOTOLAR

Aut.az

Futbol qətliamı - 3 ölü, 12 yaralı - FOTOLAR

Aut.az

"Qarabağ" bu stadionda oynayacaq - FOTOLAR

Aut.az

Meydana azarkeş girdi - FOTOLAR

Aut.az

"Traktor"un forma təqdimatında təbrizli xanımlar - FOTOLAR

Aut.az

Milli üzvləri faciəvi şəkildə öldü - FOTOLAR

Aut.az

Məşhur idmançının romantik istirahəti - FOTOLAR

Aut.az