"Qalatasaray" Premyer Liqadan iki ulduz transfer edir

Çempionlar Liqası üçün güclü heyət qurmaq niyyətində olan "Qalatasaray" İngiltərə Premyer Liqasından iki ulduz futbolçu ilə danışıqlar aparır.
 
İstanbul klubu Xuan Mata və Daniel Sturridge ilə danışıqlar aparır.
 
"Qalatasaray" 10 mömrə mövqeyinə Xuan Matanı transfer etmək niyyətindədi. "Mançester Yunayted"də zəif mövsüm keçirən ispan futbolçunun müqaviləsi yenilənməyib və klubdan ayrılıb. Azad agent olan 31 yaşlı yarımmüdafiəçini istəyən iki klub var. Bunlardan biri "Nyukasl", digəri isə "Qalatasaray"dı.
 
İspaniyalı futbolçunun Çempionlar Liqasında oynamaq istədiyi bildirilir və onun bu şərtinə "Qalatasaray" cavab verir. "Nyukasl" isə avrokuboklara vəsiqə qazanmayıb. Bu səbəbdən Mata bu klubun təklifinə müsbət yanaşmır. 
 
"Qalatasaray" transfer haqqı ödəməyəcəyi futbolçuya yüksək məbləğdə maaş təklif edib və indi onun cavabınnı gözləyir.
 
Qeyd edək ki, Mata 2014cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə 44,73 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub. 2018/19 mösümündə 32 rəsmi oyuna çıxan futbolçu 6 qol vurub və 4 məhsuldar ötürmə edib. 
 
Mbaye Diagneni satmaq niyyətində olan "Qalatasaray" onun yerinə Daniel Sturridgeni transfer etmək istəyir. Bu futbolçunun "Liverpul"la müqaviləsi başa çatır və iyunun 30-dan sonra azad agent olacaq.
 
İngiltərə mediasının məlumatına görə, 29 yaşlı hücumçu "Qalatasaray"ın təklifinə müsbət yanaşır. İngiltərəli forvard qərarını yaxın günlərdə verəcək.
 
Qeyd edək ki, Sturridge "Liverul"a 2013-ü ildə "Çelsi"dən 15 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub. Futbolçu 2018/19 mövsümündə keçirdiyi 27 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Tarix: 10 İyun [14:50]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Boltun rekordunu qıran futbolçu dünyanın ən sürətli adamı oldu

Aut.az

Fərid Nəbiyev Çexiyada 2 qol vurdu

Aut.az

Dünya futbolunda nadir hallarında rast gəlinəcək foto Türkiyədə çəkildi

Aut.az

Ronaldu 7 mərtəbəli bina aldı

Aut.az

Prezident klub sahibindən maliyyə dilənir

Aut.az

Qana millisinin üzvü “Yeni Malatyaspor”da

Aut.az

VAR otağına kabab gətirildi

Aut.az

Əsgərov ehtiyatda qaldı

Aut.az

“Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

Aut.az

Paşayev ehtiyatda qaldı

Aut.az