U-21 U-19-un darmadağın etdiyi komandaya uduzub – yeni detallar

U-21 millisinin Lixtenşteynə məğlubiyyəti hələ çox müzakirə olunacaq. Sözügedən biabırçılıqla bağlı bizə yeni detallar məlum olub.

Demə, U-21 yığması yaşca balacalara, özü də cəmi 8 ay əvvəl U-19 millisinin 3 cavabsız qolla məğlub etdiyi komandaya uduzub.

Bu ölkələrin U-19 komandaları Avropa Çempionatının elit-raunduna vəsiqə uğrunda Gürcüstanda üz-üzə gəliblər. Sözügedən qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Maraqlısı odu ki, həmin matçda rəqib komandanın heyətində yer alan 6 futbolçu U-21-lərin oyununda Lixtenşteynin start “11-liy”ində yer alıb. Söhbət Lukas Qraber, Noa Frommelt, Fabian Unterrayner, Simon Lüçinqer, Noa Qraber və Tim Şrayberdən gedir. U-19-ların matçının iştirakçısı olanlardan daha iki futbolçu – Niklas Bek və Aaron Salanoviç isə iyunun 6-da keçirilən görüşdə meydana sonradan çıxıb.

Beləliklə, cəmi 8 ay əvvəl U-19-larının qarşılaşmasında 0:3 hesablı məğlubiyyətə üzülən həmin 8 futbolçu bu dəfə daha yaşlılarla mübarizədə qələbə qazanıb, bu komandanın tərixində ilk dəfə xal(lar) üzü görməsinə səbəb olur. Bizdə isə bir ətək pul töküb gətirdiyimiz serb Milan Obradoviç yerli mütəxəssis Vüqar Məmmədin daha gənclərlə gördüyü işin heç 1/10-ni daha təcrübəli futbolçularla bacarmır.

Bir maraqlı məqam da Lixtenşteyndə U-19-dan U-21-ə 8 futbolçunun keçməsi müqabilində Azərbaycanda bu prosesin getməməsi ilə bağlıdı. U-19-ların oyununun da iştirakçısı olub son qarşılaşmada Azərbaycan millisinin heyətində meydana çıxan cəmi 1 futbolçu var. Keçən ilin noyabrındakı görüşdə start heyətdə yer alan Emil Qasımov 4 gün əvvəl sonradan meydana daxil olub. Ümumiyyətlə, həmin U-19-dan hazırda U-21-də olan yeganə futbolçu Emildi.

U-21 millisinin özündən 2-3 yaş balacalara uduzduğu komandaların heyətinə baxdıqda da məlum olur.

Musa Qurbanlı (2002) və Şakir Seyidovu ( 2000) çıxmaq şərtilə, bizimkilər meydana 3 (1999) və 6 (1998) təvəllüdlü futbolçu çıxıb.

Lixtenşteyn yığması isə qarşı 4 (1999), 1 (2000), 4 (2001) və 2 (2002) təvəllüdlü futbolçu ilə oynayıb. Sonradan Martin Ştoklaza meydana dörd futbolçu daxil edib ki, onlardan da 2-si 2001, 1-i 2000, 1-i 1999 təvəllüdlü futbolçular olub.

Milan Obradoviç isə “qocalar”ı meydana buraxıb, ancaq heç  nəyə nail olmayıb. 2 1998, 2 1999 və 1 2000 təvəllüdlu oyunçu matça sonradan qoşulsa da, fərq yarada bilməyib.(futbolpress)
Tarix: 10 İyun [14:40]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az

“Kəpəz” başsız qaldı

Aut.az

Lilay “Qarabağ”ı təriflədi

Aut.az

Çempionlar Liqası: "Qarabağ"ın ikinci mərhələdəki rəqibi məlum oldu

Aut.az

"Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

Aut.az

Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

Aut.az

“Sumqayıt”ın futbolçusu karyerasını başa vurdu – 27 yaşında

Aut.az

Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

Aut.az