Türkiyə millisi Reykyavikdə qalmaqalla üzləşdi - FOTO

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandası sözügedən ölkəyə yollanıb.

Ötən gün səfərə çıxan və təxminən 6 saatlıq uçuşdan sonra Reykyavikə çatan “ay-ulduzlular”, İslandiya paytaxtında xoşagəlməz aqibətlə üzləşiblər.

Türkiyə mətbuatının yazdığına görə, yerli polis türkiyəli futbolçuları hava limanında pasport qeydiyyatına görə 2 saatdan çox ləngidib. Bu isə qonaqlar tərəfindən haqlı narazılıqla qarşılanıb. Ölkəyə girişlərinə icazə verildikdən sonra türklər avtobusla Reykyavikdə məskunlaşacaqları otelə yollanıblar.

Türkiyə millisinin ən təcrübəli futbolçu Əmrə Belözoğlu da Reykyavikdə gözlənilməz münasibətlə üzləşib. Belə ki, qalmaqaldan sonra elə hava limanındaca jurnalistlərə bu barədə açıqama verdiyi sırada, bir islandiyalı ona fırça uzadıb. Bu hərəkətindən sonra o, qaçaraq hadisə yerindən uzaqlaşıb.

İslandiya – Türkiyə oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 
Tarix: 10 İyun [13:20]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

"Qalatasaray" Fredi istəyir

Aut.az

“Espanyol”dan rekord transfer

Aut.az

"Mançester Yunayted" Poqbaya vaxt verdi

Aut.az

Yaponiya millisinin üzvü rəsmən "Barselona"da

Aut.az

ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

Aut.az

Fransalı hücumçu “Gənclərbirliyi”ndə

Aut.az

“Sassuolo”dan 3 transfer

Aut.az

Messi şərab istehsalçısı olacaq

Aut.az

AVRO-2020: 19,3 milyon bilet istəyi ilə rekord

Aut.az

Azərbaycanlı futbolçu Qazaxıstanda öldü

Aut.az