Milli komandada narazılıq - Yurçeviçin tapşırıqla heyət seçməsinə görə

Macarıstanla oyundakı ev məğlubiyyəti (1:3) milli komandamızda daxili ab-havanı korlayıb. Baş məşqçi Nikola Yurçeviçin diqtə ilə işləməsi, heyəti futbolçuların bacarığına görə yox, onu bu posta layiq bilənlərin tapşırığı ilə müəyyənləşdirməsi söz-söhbətə səbəb olub.
 
Bərbad çıxış edən Renat Dadaşovun belə məsul görüşdə ilk dəfə start heyətinə salınması birbaşa Riad Rəfiyevin tapşırığı/göstərişi olub. Xorvat məşqçinin ölkəmizə gəlişində vasitəçi olan “Sumqayıt”ın menecer prezidenti milli komandada xüsusi söz sahibidi. AFFA-nın baş katibi Elxan Məmmədovun bir nömrəli adamı, ona məxsus olan “3R” menecer şirkətinin müştərilərinin meydanda olmasında maraqlıdı. Renata yeni klub axtaran Rəfiyev futbolçunun qiymətini qaldırmaq, bununla həm də öz qazancını artırmaq istəyir. Bunun üçün isə onun milli komanda karyerasının önəmi var.
 
Maraqlıdı ki, Yurçeviç özü də oyundan sonra hücum xəttində düzgün seçimlər etmədiyini boynuna aldı. Ramil Şeydayevi cunahda oynamağa məcbur edən xorvat onu Dadaşova qurban verdi. Elə bu futbolçunun qardaşı Rüfət Dadaşov meydana daxil olarkən də eyni mənzərəyə şahid olduq. Halbuki yığmamız təsəlli qolunu məhz Renat əvəz edildikdən sonra vurdu. Bu vaxt cinaha Ağabala Ramazanov buraxıldı, Ramil isə ön xəttdə təzyiq yaratdı.
 
Ağabala narazılığını, ən azı bir hissə oynamasının lazım olduğunu matçsonrası açıqlamasında dilə gətirdi. Ümumiyyətlə, oyuna buraxılmayan Mirabdulla Abbasov və başqaları da bu münasibətdən narazıdı və məşqçinin tapşırıqla heyət seçməsini xoş qarşılamırlar.
 
Rəfiyev isə öz işindədi. Növbəti matçda Pavel Paşayev, Aleksey İsayev, Əli Babayev və Emin Mahmudov kimi Riadın müştərilərini meydanda görsəz, təəccüblənməyin. Azərbaycan millisi heç kimin vecinə deyil, hamı öz biznesinin qayğısına qalır.
 
Məhz bu səbəblərə görə Qurban Qurbanovun torbası tələsik tikildi, 6 illik müqaviləsinin birinci ili tamam olan kimi onu yola saldılar. Çünki bu məşqçi hazır olan futbolçulara güvənirdi, tapşırıqla işləmirdi. Elxan Məmmədova, Riad Rəfiyevə isə Yurçeviç kimi sözəbaxanlar lazımdı.
Tarix: 10 İyun [13:10]
Oxunub: 82 dəfə
Müəllif: Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az

“Kəpəz” başsız qaldı

Aut.az

Lilay “Qarabağ”ı təriflədi

Aut.az

Çempionlar Liqası: "Qarabağ"ın ikinci mərhələdəki rəqibi məlum oldu

Aut.az

"Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

Aut.az

Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

Aut.az

“Sumqayıt”ın futbolçusu karyerasını başa vurdu – 27 yaşında

Aut.az

Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

Aut.az