Avropa Oyunlarının açılışında xüsusi texnologiya

“Minsk 2019” II Avropa Oyunlarının açılış mərasimində ilk dəfə olaraq artırılmış reallıq texnologiyasından istifadə olunacaq.
Açılış mərasimi iyunun 21-də 22 min azarkeş tutumuna malik "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək.
Yeni texnologiya sahəsində virtual obyektlər reallığın bir hissəsi olacaq. Tədbirdə Belarus təbiəti ilə yanaşı heyvanlar və quşlar da nümayiş olunacaq.
II Avropa Oyunlarının açılış və bağlanış mərasiminin texniki prodüseri Sergey Kalinnikov mayın 15-dən açılış mərasiminin avadanlıqlarının quraşdırılmasına başlandığını bildirib. O deyib ki, artıq 10 yük maşını Minskə gəlib (təxminən 70 ton avadanlıq): "Ən çətin məsələ odur ki, meydanı zərər vermədən tərk etməliyik. Çünki açılışdan sonra burada yarışlar keçiriləcək. Buna görə də bütün sahəni xüsusi materialla bağlayacağıq. Ot örtüyündə şəffaf materialdan istifadə edəcəyik və 14 gün ora zərər dəyməyəcək. İyunun 15-dən isə texniki işlərə başlayacağıq". 
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.
Tarix: 25 May [14:20]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

Azərbaycanlı dünya çempionuna hökm oxundu - 3 il 6 ay

Aut.az

Hacı Əliyev erməniyə qalib gəldi

Aut.az

Azərbaycan Ordusu 101 yaşında

Aut.az

Leyla Əliyeva Kadırovla görüşündən danışdı: Çox xoş, səmimi, müsbət

Aut.az

"Minsk-2019": Cüdo yığmamız fiaskoya uğradı

Aut.az

BOK Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkəni açıqladı

Aut.az

IOC-dan 3 milyard dollarlıq müqavilə

Aut.az

İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

Aut.az

Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi

Aut.az

Ağayev yeni qurum yaratdı

Aut.az