Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Yeni təsis edilmiş Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov bu yaxınlarda Gəncəyə səfər edərək, bölgədəki futbol veteranları ilə görüşdü.
 
Bununla bağlı təfərrüatları öyrənmək üçün görüşdə iştirak edən gəncəli futbol veteranlarından biri Tofiq Məmmədovla danışdıq. Tofiq bəy Sport7.az-a açıqlamasında görüşlə bağlı təəssüratlarını bölüşdü, veteranlara münasibətdən danışdı: "Görüş Həmkarlar İttifaqının yaradılması ilə bağlı idi. Haqqı, hüququ pozulmuş futbolçuların hüquqlarını qoruyub, gələcəyinin yaxşı olması üçün ədaləti bərpa etmək haqda müzakirələr getdi. Bu ittifaqın yaranmasına yekdilliklə hamımız razılıq verdik. Hansı ki, biz də o ittifaqın üzvü oluruq. Həqiqətən düzgünlük barəsində danışıldı. Niyə də olmasın? Nə vaxta kimi belə vəziyyətdə olacağıq? Ona görə də hamımız razılıq verdik".
Tofiq bəy hazırda fəaliyyət göstərən və sədri Oqtay Abdullayev olan Azərbaycan Veteranlar İttifaqından da narazılığını bildirdi. O regionlardakı veteranların diqqətdən kənarda qaldığını söylədi: "Oqtay Abdullayevin rəhbərlik etdiyi ittifaqın sonuncu dəfə Masallıda təşkil etdiyi yarışda olmuşuq. Bu da səhv etmirəmsə 2-3 il əvvəl olub. Ondan sonra nə yarışlarda iştirak etmişik, nə də hansısa tədbirlərə çağırıblar. Belə deyək, regiondakı veteranlar kənarda qalıb. Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür. Daim kənarda qalmışıq".
 
Nazim bəyin yaratdığı İttifaqın qarşıdakı planları haqda da soruşduq. Veteran futbolçu bizə bunları söylədi: "Orada aparılan müzakirələrə görə, bütün regionlardakı veteranlarla görüşəcəklər. Kim haqqı, ədaləti bərpa etməyi könüllü olaraq istəyəcəksə, ittifaqa üzv olacaq. Kim istəməyəcəksə, özü bilər. Heç kimi məcbur etməyəcəklər".
 
Maraqlıdı, görüşdə iştirak edən veteranlara hansısa tapşırıq, yaxud nəsə məsləhət verildimi?: "Hələ ki, heç bir tapşırıq filan verilməyib. Sadəcə, öz fikirlərimizi bildirdim. Dedim ki, Həmkarlar İttifaqı AFFA-nın nəzdində yaransın. Daha sonra haqq-ədalətli iş getsin. Yəni, nə anonim nə də başqa cür qurum olmasın. Normal fəaliyyətimizi davam etdirək. Görsünlər ki, belə bir qurum var. İstəyəndə, kiməsə müraciət edə bilək".
 
Tofiq bəy də təqaüd almadığını bildirdi: "Xeyr, heç bir təqaüd almıram. Bununla bağlı kiməsə müraciət də etməmişəm. Sadəcə, məktəbdə işləyirəm və maaşımı alıram".
 
Məmmədov Gəncə futbolunun durumuna da toxundu: "Hazırda bərbad haldadı. hansı futboldan danışaq ki, Gəncədə meydança deyilən şey yoxdu. Şəhər birincilikləri də hamısı mini futbol üçün olan meydançada keçirilirdi. Belədə uşaq necə böyüsün, inkişaf etsin? Bu üzdən Gəncə futbolu axsayır. Günahkar kimdi deyəndə, mənə görə şəhər birincilikləri böyük meydançada keçirilmirsə, burada futboldan danışmaq olmaz. Yalnız AFFA-nın keçirdiyi uşaq yarışları olur. Demək olar şəhər birinciliyi keçirilmir".
 
Tarix: 24 May [17:00]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az

“Kəpəz” başsız qaldı

Aut.az

Lilay “Qarabağ”ı təriflədi

Aut.az

Çempionlar Liqası: "Qarabağ"ın ikinci mərhələdəki rəqibi məlum oldu

Aut.az

"Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

Aut.az

Aqolli “Partizani”yə kömək etməyəcək: "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub”

Aut.az

“Sumqayıt”ın futbolçusu karyerasını başa vurdu – 27 yaşında

Aut.az

Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

Aut.az