"Turan"ın sabiq futbolçusu həbs edildi - FOTO

Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti 2 gün əvvəl futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 futbolçunu həbs edib.
Onlardan 3-ü  karyerasını başa vurub.
İstintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib. 
Təhlükəsizlik xidmətinin məlumatına əsasən, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. 
Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər. Onlardan biri vaxtilə Azərbaycanda çıxış edib. Bu, "Turan"ın sabiq legioneri Nikoloz Maisuradzedi. 
Son olaraq "Vit Corciya"nda çıxış edən 30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. 
O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib.  Maisuradze "Turan"ın heyətində Premyer Liqada 8 oyuna çıxıb. 
2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib. Həmin vaxt "Turan"ın prezidenti olan Musa Süleymanovun Nikolaz və daha 2-3 legionerdən şübhələndiyini xatırladaq. 
O, Əsgər Abdullayevə bu barədə fikrini bildirsə də, baş məşqçi futbolçuların tərəfini saxlayıb və müqavililərinə birtərəfli xitam verilməsinin əleyhinə çıxıb. 
Demək ki, Süleymanovun bildiyi bir şeylər varmış və zənni boş yeri deyilmiş. 
 
Tarix: 23 May [16:30]
Oxunub: 83 dəfə
Müəllif: Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az

Tyaqo Lopes “Dənizlispor”da

Aut.az

Fransa klubundan “Trabzonspor”a

Aut.az

Dəniz Yılmaz üçün yeni baş məşqçi

Aut.az

Türkiyəli hücumçu “Loryan”da

Aut.az

Mehmet Altıparmak “Akhisarspor”da

Aut.az

Messi Fransa klubu ilə müqavilə imzaladı

Aut.az