“Sevilya”dan “Milan”a

“Sevilya”da icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Andre Silva İspaniya klubundan ayrıldığını açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Daha bir mövsüm başa çatır. “Sevilya”ya inanılmaz qəbula görə təşəkkürümü bildirirəm. Bu şəhər və komanda mənim çox xoşuma gəldi”.

Portuqaliya millisinin üzvü 2018-ci ilin avqust ayından “Sevilya”da icarədə idi. İspaniya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürmüşdü. "Sevilya" mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilərdi. Amma klub onu saxlamaqda maraqlı olmayıb.

Qeyd edək ki, Silva "Milan"a 2017-ci ilin iyun ayında 38 milyon avro qarşılığında "Portu"dan keçib.

Tarix: 22 May [12:20]
Oxunub: 34 dəfə
Müəllif: Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az

Tyaqo Lopes “Dənizlispor”da

Aut.az

Fransa klubundan “Trabzonspor”a

Aut.az

Dəniz Yılmaz üçün yeni baş məşqçi

Aut.az

Türkiyəli hücumçu “Loryan”da

Aut.az

Mehmet Altıparmak “Akhisarspor”da

Aut.az

Messi Fransa klubu ilə müqavilə imzaladı

Aut.az