Eratın komandası finala yüksəldi

Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir.

Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb. 

Sözügedən kollektiv yarımfinal çərçivəsində doğma meydanda “Manisa BB” ilə qarşılaşıb. İlk oyunda minimal hesabla (0:1) uduzan futbolçumuzun komandası cavab matçında inamlı qələbə qazanmaqla finala yüksəlib – 2:0.

Toğrul bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Fatih Karagümrük” finalda “Sakaryaspor”la üz-üzə gələcək. Mayın 28-də keçiriləcək həlledici oyunda qələbə qazanacaq kollektiv 1-ci liqaya vəsiqə əldə edəcək.

 
Tarix: 22 May [12:10]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az

Tyaqo Lopes “Dənizlispor”da

Aut.az

Fransa klubundan “Trabzonspor”a

Aut.az

Dəniz Yılmaz üçün yeni baş məşqçi

Aut.az

Türkiyəli hücumçu “Loryan”da

Aut.az

Mehmet Altıparmak “Akhisarspor”da

Aut.az

Messi Fransa klubu ilə müqavilə imzaladı

Aut.az