"Zirə" serbiyalı futbolçusu ilə vidalaşdı

"Zirə” klubu legioner futbolçularından biri ilə vidalaşıb.
 
Bu barədə "Report”a komandanın baş məşqçisi Samir Abbasov məlumat verib. Onun sözlərinə görə, müqavilə müddəti başa çatan serbiyalı müdafiəçi Miloş Radivoyeviçlə yeni sözləşmə imzalanmayacaq.
 
Abbasov deyib ki, mövsüm başa çatandan sonra qapıçı Kamal Bayramov, müdafiəçi Sadiq Quliyev və hücumçu Pərdis Fərcad-Azadla da yollarını ayırıblar: "Hazırda transfer məsələsi ilə məşğuluq. Bütün əcnəbi oyunçularla müqavilələrin müddəti başa çatıb. Onlara yeni sözləşmə təklif etməyi düşünürük. Lakin uyğun variantlar olarsa, onlardan daha bir neçəsi ilə vidalaşa bilərik. Qapıçı mövqeyinə də legioner gətirməyi düşünürük. Əsas problem yerli futbolçularla bağlıdır. Yaxşı oyunçu tapmaq çətindir”.
 
Qeyd edək ki, "Zirə” Premyer Liqanın son mövsümünü 31 xalla 5-ci pillədə başa vurub.
Tarix: 16 May [16:20]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

"AFFA Qusarda futbolun irəli getməsini istəmir" - MÜSAHİBƏ

Aut.az

Lənkəranın futzal komandası da dağıldı

Aut.az

Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

Aut.az

“Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

Aut.az

Ruslan Əmircanov daha bir il "Keşlə"də

aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

Aut.az

"Paşayev kimdi, buranın lotusu mənəm" - MÜSAHİBƏ

Aut.az

Mahirin bacısı da soyadını dəyişdirdi - FOTO

Aut.az

“Çelsi” və “Arsenal” final biletlərini qaytarır

Aut.az