“Qarabağ” “Ayaks”la qarşılaşa bilər

Növbəti mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib. Bu, “Valetta”nın səbətinin dəqiqləşməsi ilə baş verib. Malta çempionu səpələnməmişlər səbətində yer alacağı üçün “Qarabağ”ın potensial rəqibləri sırasındadı. Ümumilikdə onların sayı hələlik 10-du, daha 6-sı da əlavə ediləcək:
 
“Valetta” (Malta), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
 
Sürpriz baş verməsə və Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, burda da təmsilçimizi “dişinə görə” rəqiblər gözləyir. Çünki “atlılar” yenə səpələnmişlər sırasında yer alacaq.
 
III mərhələdə isə vəziyyət dəyişəcək. Ora qədər gedəcəyi halda (ki, rəqiblərin gücünə görə bu, kifayət qədər inandırıcıdı) “Qarabağ” böyük ehtimalla səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər yaşanmalıdı. Bu isə o qədər də inandırıcı deyil. III mərhələdə səpələnmişlər sırasında yer alıb, rəqiblərini gözləyən ilk komanda da bəllidi. Bu, Çempionlar Liqasında son mövsümün yarımfinalçısı, ötən gün Hollandiyada çempionluğunu rəsmiləşdirən “Ayaks”dı. Başqa sözlə, son mövsüm ÇL-də “Real”, “Yuventus” kimi komandaları mübarizədən kənarlaşdıran Amsterdam klubu indi III təsnifat mərhələsində “Qarabağ” üçün potensial rəqibdi.
Tarix: 16 May [10:20]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az