Azərbaycan Çempionlar Liqasında oynamayacaq? - UEFA yeni sınaqla qarşı-qarşıya

2024-cü ildə UEFA Çempionlar Liqasının formatında aparılacaq radikal dəyişikliklər bir çox köklü klubu narahat edir.
Mübarizə aparmağın get-gedə çətinləşdiyi və sanki 5 böyük Avropa liqasının (Premyer Liqa, Seriya A, Liqa 1, Bundesliqa, La Liqa) monopoliyasına çevrilən Çempionlar Liqasına düşmək çətinləşir.
Turnirdə mübarizə aparmağın mürəkkəbləşdiyini görən Avropanın köklü klubları ÇL-ə alternativ bir liqa sistemi qurmaq fikri üzərində düşünürlər.
Bir neçə gün öncə “Ayaks” klubun idman direktoru Edvin Van Der Sar verdiyi açıqlamada bu fikir haqqında danışıb:

“Avropanın elit liqalarından kənarda qalan böyük komandalar yeni sistem yaratmağa ehtiyac görür. Bizimlə birlikdə “Benfika”, “Anderlext”, “Zalsburq”, “Qalatasaray”, “Fənərbağça”, “Seltik” də belə bir təşkilatda yer ala bilər. Bunu Andera Aqnelli (“Yuventus”un prezidenti – red.) ilə son görüşümdə də dilə gətirdim. Daha çox Avropa stilində oynamağı düşünürük. Ancaq hazırkı sistem, xüsusilə, yayım haqları məsələsində liqalar arasındakıl uçurum artır. Məsələn, biz bu il yayım haqlarından 8 milyon funt-sterlinq gəlir əldə etdik. Bu qədər aşağı məbləğlə rəqabət aparmaq çox çətindir. Belə vəziyyətdə bizim yeganə şansımız futbol olur. Biz aşağı yaş qruplarından futbolçu yetişdirmək məcburiyyətində qalırıq. Amma böyük klublar, az qala, dünyanın hər nöqtəsində mağaza açıb. Bunun yaratdığı haqsız rəqabətin qarşısını almaq üçün nələrsə etmək lazımdır”.
Turnirdə Avropanın digər liqalarının və Azərbaycan kimi kiçik futbol ölkələrinin iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, “Ayaks” bu mövsüm Çempionlar Liqasının yarımfinalında “Tottenhem”ə 3:2 hesabı ilə məğlub olmuşdu.
Tarix: 15 May [17:20]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

De Xea qərarını verdi

Aut.az

Kloppun yeganə səhvi "Liverpul"u çalışdırmasıdır - Runi

Aut.az

"Borussiya"dan 300 milyonluq müqavilə

Aut.az

"Yuventus"dan 400 min avroluq transfer

Aut.az

Mançini "Roma"da - Rəsmi

Aut.az

Hollandiya Futbolçular Birliyinin prezidenti oldu – Ukraynalı

aut.az

Neymar üçün "Real", "Yuventus" və "Bavariya" variantları

Aut.az

"Çelsi"nin formasında Rusiya bayrağı - FOTOLAR

Aut.az

"Tottenhem"dən "Atletiko"ya

Aut.az

Tunisli futbolçu rəsmən “Yuventus”da

Aut.az