“Neftçi” QURBAN axtarışında: Ceyhun Sultanov göndərilir

Yox, söhbət ölkənin ən yaxşı baş məşqçisindən, bəh-bəhlə tərifi yerə-göyə sığışdırılmayan italiyalı Robertə Bordinə master-klass keçən yerli mütəxəssisdən, “Neftçi”nin vaxtilə bəyənmədiyi və buna görə də illərdi çempionluq üzünə həsrət qaldığı keçmiş futbolçusu, idman direktoru və baş məşqçisindən getmir. Qurban Qurbanovun “Neftçi” adlı dərdi yoxdu. Adam Çempionlar Liqasına hazırlaşır, qrup, pley-off şanslarını götür-qoy edir. Beş xal geridə qalmasına baxmayaraq, sonda 8 xal qabaqladığı keçmiş klubu isə milyonlarla büdcəni bir mövsümdə məhv edəndən sonra günahkar, qurban axtarışına çıxıb.
Onu “Neftçi” kimi kluba gətirən komandanı bir saniyədə başqasına dəyişən Kamran Quliyev isə deyəsən çox düşünmədən qurban tapıb. Bu, Quliyevin öz kadrı hesab edilən idman direktoru Ceyhun Sultanovdu. Ceyhun bəyin son turdan sonra təltifetmə mərasiminə qalmamağı şübhələr yaradır. Uğurlu nəticələr olan zaman medianın “ulduzu”na çevrilən Quliyev indi “dağlara çəkilib”. Onu gördüm deyən yoxdu.
Əvəzində Ceyhun bəy “Xəzər TV”də verilişə çıxır, bir saat sual yağışı, pressinqlə üzləşir, istər-istəməz cavabları Kamran müəllimin çempionluq vədlərinə inanmış azarkeşlərin haqlı iradına tuş gəlir. Halbuki, Sultanov klub  prezidenti deyil və bütün suallara cavab verəcək səlahiyyət, işin bütün məsuliyyəti onda olmayıb ki, indi də tənqid atəşinə tutulsun.
Sultanovu uğursuz transferlərdə günahlandırırlar. Amma insafla danışmaq lazımdısa, gümüş medal elə məhz Ceyhun Sultanovun adına yazılmalıdı. Hətta, ötən mövsüm qazanılan bürünc medal da. Soni Mustivar həm ötən mövsüm, həm də bu mövsüm komandanın nəticələrində əsas pay sahiblərindən idi. Baqali Dabo, Vangelis Platellas, Mamadu Mbodj  - etiraf etmək lazımdı ki, uğurlu transferlərdi. “Neftçi”də ümumi mühitin yaxşılaşdırılmasında Sultanovun əvəzsiz xidməti var. Xüsusən əsas komandada qruplaşmalar, dedi-qodular, oyunçuların problemlərinin yoxluğu birbaşa onun əməyidi.
Kamran bəyin öz adına çıxmaq istədiyi və prezidentin təbirincə desək, “6 il sonra qazanılan ən böyük uğur”da da Ceyhun Sultanovun payı hamıdan çoxdu. Düzdü, “Neftçi” üçün ikinci yer heç vaxt uğurlu sayılmayıb və sayıla da bilməz. Hansı klubun prezidenti olduğunun fərqinə varmayan Kamran Quliyev azarkeşlər, media və ən əsası sponsorlar arasında uğursuzluğu ört-basdır etmək, gözdən pərdə asmaq, baş qatıb vaxt udmaq məqsədilə ortaya bu cür mövzular atır. Bir müddət ikinci yerin “Neftçi” üçün uğurlu ya uğursuz nəticə olması müzakirə ediləcək, daha sonra futbolçuların satqınlığı, xəyanəti gündəmə gələcək, daha sonra başqa hansısa mövzular olacaq və …yeni mövsüm başlayacaq. Quliyevin planı budu, vaxt udub kreslosunu qorumaq və “uğurlu” fəaliyyətini növbəti mövsüm də davam etmək.
Görünən odu ki, məqsədli şəkildə azarkeşlərə “futbolçular satqındı, çempionluğu qaçırmağımızın əsas günahkarı onlardı” tipli müzakirələrə yol açan şayiələr, mediada “Neftçi”nin filan futbolçusu “Qarabağ”da” dezinformasiyaları sızdırılır. Məqsəd azarkeşlərdə çaşqınlıq yaratmaq, bütün günahları "satqın futbolçular"ın üstünə yıxmaqdı. Amma Kamran müəllim bilir ki, azarkeşlərin başını aldatmaq nə qədər asandısa,  SOCAR-dakı sponsorları aldatmaq bir o qədər çətindi. Buna görə də, Quliyev növbəti planını reallaşdırmaq üzrədi. O kreslosunu qorumaq üçün hətta, ən yaxın adamlarından olan Sultanovu belə qurban verməyə hazırdı!
Kamran müəllimi “Neftçi”yə gətirən insanları bir anda başqalarına dəyişməsini nəzərə alsaq burda təəccüblü heç nə yoxdu. Deyilənə görə artıq Ceyhun bəyin məsələsi həll olunub və yaxın günlərdə idman direktorunun istefası açıqlanacaq. Bu hadisə yaxın günlərdə keçiriləcək fövqəladə iclasdan sonra da baş verə bilər.(matç.az)
Quliyevdən başqa hamı və hər şey günahkar çıxarılacaq, bezib gedənlər gedəcək, öz xoşu ilə getməyənlər qovulacaq, yeganə toxunulmaz şəxs isə prezident olacaq. Amma belə şeylər uzağı 40 gün çəkir...

 

Tarix: 15 May [14:30]
Oxunub: 96 dəfə
Müəllif: Aut.az

Geryenin “Qarabağ”dan qovulmasının - TƏFƏRRÜATI

Aut.az

“Qarabağ” yeni transferini rəsmən açıqladı - FOTOLAR

Aut.az

FİFA referisi Azərbaycandan gedir - Şok qərar

Aut.az

Elxan Məmmədovun yalanı

Aut.az

Esyenin maaşı "Səbail"in büdcəsinə daxil deyil

Aut.az

"Qarabağ" - "Partizani": neçə bilet satılıb?

Aut.az

Latviya klubunda daha bir azərbaycanlı futbolçu

Aut.az

Azərbaycan millisinin iki futbolçusu Rusiya klubunda

Aut.az

“Neftçi”dən “Araz”a

Aut.az

“Qarabağ” “Partizani”yə qarşı - BU GÜN

Aut.az