“Herta”da yeni baş məşqçi

Almaniyanın “Herta” klubu növbəti mövsüm üçün baş məşqçi seçimini edib.

Bundesliqa təmsilçisini 2019/2020 mövsümündən etibarən Ante Çoviç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, iyulun 1-dən etibarən işinə başlayacaq.

Çoviç hazırda “Herta”nın U-23 komandasını çalışdırır. Klub rəhbərliyi komandanın gənc futbolçularını hamıdan daha yaxşı tanımasını əsas gətirərək, məhz Berlində anadan olmuş xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirib. Futbolçu karyerası dövründə “Hayduk” (Split), “Ştutqart” və “Nürnberq”lə yanaşı, 1996-2000-ci illər aralığında “Herta”da da forma geyinən Çoviç, 2011/12 mövsümündən paytaxt təmsilçisində məşqçiliyə başlayıb. 2012/13 mövsümündən etibarən isə o, bu komandanın U-23 kollektivini çalışdırırdı.

“Herta”ya hazırda macarıstanlı Pal Dardai rəhbərlik edir. Amma klub rəhbərliyi bir ay öncə mövsümün sonunda onunla yolların ayrılacağını açıqlayıb. Berlin klubu onun rəhbərliyi altında mövsümün sonuna bir tur qalmış 43 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Tarix: 14 May [14:50]
Oxunub: 13 dəfə
Müəllif: Aut.az

Kütləvi dava

Aut.az

UEFA "Fənərbaxça"nı cəzalandıracaq

Aut.az

"Ludoqorets" çempion

Aut.az

"Qalatasaray"ın transfer siyahısı: 3 dünya ulduzu...

Aut.az

5 il ərzində heç bir stadiona buraxılmayacaq

Aut.az

“Trabzonspor”da ayrılıq

Aut.az

Aziz Behiç "Başakşəhər"də

Aut.az

"Qızıl buts" Messinindi - 6-cı dəfə

Aut.az

Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az