Denis Silva "Keşlə"dən kənarlaşdırıldı

Azərbaycan Premyer Liqasında mövsümü sonuncu pillədə başa vuran "Keşlə" çox güman ki, gələn mövsüm də elitada çıxış edəcək. 

Bunu nəzərə alan rəhbərlik indidən çalışmalara başlayıb.

Premyer Liqada mübarizəni davam etdirəcəyi təqdirdə, baş məşqçi Tərlan Əhmədovu postunda saxlamağı planlaşdıran paytaxt təmsilçisi futbolçu heyətində köklü islahatlar aparacaq.

Sabiq "bankirlər"in "qara siyahı"sındakı ilk oyunçunun adına da aydınlıq gəlib. Komanda gələn mövsümü də elitada keçirərsə, müdafiəçi Denis Silva Kruz qalmayacaq. Müqavilə müddəti başa çatan braziliyalı ilə yeni saziş imzalanmayacaq.

Karyerasının böyük hissəsini ölkəmizdə keçirən və hətta Azərbaycan dilində danışmağı bacaran "sambaçı"nın bundan sonrakı aqibəti də böyük maraq doğurur. 34 yaşlı mərkəz müdafiəçisi karyerasını bitirdikdən sonra da Azərbaycanda qalmağı arzulayır.

Qeyd edək ki, Denis Silva Kruzu ölkəmizə ilk dəfə 2008-ci ildə "Xəzər Lənkəran" gətirib. İki il cənub təmsilçisinin formasını geyinən futbolçu 2010-2012 və 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. O, 2015-ci ilin yayında keçmiş adı "İnter" olan indiki "Keşlə" ilə anlaşıb və son 4 ilini bu komandada keçirib. (matc.az)

Tarix: 14 May [14:20]
Oxunub: 42 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az