Mirabdullanın əliylə - “Neftçi”yə arxadan zərbə

“Səbail” ölkəmizi Avropa Liqasında təmsil edəcək. Təcrübəsiz klubdu, ilk mövsümündə ondan çox şey gözləyə bilmərik. “Dənizçilər” debüt ilini öyrənməyə sərf etməlidi.
 
Ümumiyyətlə, bu klub hələ çox şeyi öyrənməli, peşəkarlaşmalıdı. Mirabdulla Abbasovla bağlı son günlər yazılanlar da buna ehtiyac olduğunu göstərir.
 
Komandanın baş məşqçisi Aftandil Hacıyev Mirabdulla ilə danışdıqlarını deyir. Hətta şifahi razılıq da əldə ediblər. İndi isə klubu “Neftçi”yə rəsmi təklif göndərməyə hazırlaşırlar.
 
Əslində isə öncə “Neftçi”yə müraciət, icazə aldıqdan sonra hücumçu ilə şərtləri müzakirə etmək lazım idi. Beynəlxalq qanunlarla prosedur belə tənzimlənir. Müqaviləli oyunçunun birbaşa üstünə çıxmaq, onunla şifahi anlaşmaq belə yolverilməzdi. Abbasovun cəmi 6 aylıq müqaviləsi qalsaydı, “Səbail”ə heç kim irad tutmazdı, buna icazələri olardı. Lakin bildiyimiz qədər, Mirabdullanın “Neftçi”ylə azı birillik anlaşması mövcuddu.
 
Dərinə getsək, 2019-dakı 2 oyunda “Səbail”in bu komandadan 4 xal almasında elə bu danışıqlardan şübhələnmək mümkündü. Rəqibin əsas hücumçusunun beynini məşğul edəndən sonra “10 nəfərlə qalan” komandanı büdrətməyə nə var ki?
 
Təbii ki, bu qeydi sadəcə, xatırlatma üçün etdik, lakin müəyyən həqiqət payı da var. Düzdü, Abbasovun müqaviləsində müəyyən məbləğin ödənilməsi halında sərbəst qalması haqda bənd mövcuddu. Gəl ki, bu da “Səbail”ə “Neftçi”dən icazə almadan futbolçuyla təmasa keçməyə əsas vermir. Halbuki məhz belə edilib – Hacıyev də deyir ki, futbolçuyla şifahi anlaşıblar və indi kluba rəsmi təklif göndərməyə hazırlaşırlar.
 
Mirabdullanın “Neftçi”ni “Səbail”ə dəyişməsi geri addım olacaq. Özü bilər. Ancaq avrokubok təmsilçimiz də addımlarına diqqət etməlidi. Bu düşüncəylə böyümək çətin olacaq.

 

 

 
Tarix: 14 May [13:30]
Oxunub: 74 dəfə
Müəllif: Aut.az

"Qarabağ" ilk oyunda məğlub oldu

aut.az

Qarabağ qaziləri Gəncə stadionunda meydana çıxdılar - FOTOLAR

Aut.az

Dabonun təhqirinə görə "Neftçi" rəhbərliyini ittiham etdi

Aut.az

Quliyevdən sərt sözlər: "Neftçi" rəhbərliyi istefa verməlidir" - MÜSAHİBƏ

Aut.az

“Sabah” transfer çalışmalarını yekunlaşdırdı

Aut.az

Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində

Aut.az

"Neftçi" azarkeşləri Daboya görə ayağa qalxdı: "Bu ölkədən rədd olmalısan!"

Aut.az

Novruz Əzimov: "O, insan kimi o özünü belə aparmamalıdı"

Aut.az

“Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

Aut.az

Bakı klubunun futbolçusu Syerra-Leone millisində

Aut.az