Ceyhun Sultanovun uğursuz çıxışı

"Xəzər" TV-nin qonağı olan "Neftçi"nin idman direktoru Ceyhun Sultanovun, belə deyək, çıxışı komandanın builki performansına oxşadı. Dostumuz Sənan Abdullayevin suallarını daha da kəskinləşdirdiyi ərəfədə buraxılışlar getdikcə maraqlı olmağa başlayıb. Sultanovun danışdıqları isə o qədər neqativ alındı ki, ümumi tempə də mənfi təsir etdi.

Sultanovun 1 saatlıq danışığını üç kəlmə ilə ümumiləşdirmək olar:

- "Neftçi" mütləq ikinci olacaq demişdik, oldu.
- Cibimizdəki pula uyğun nəticə oldu
- Pulumuza uyğun davrandıq

Məğz, məcra bu üç sitatda birləşirdi. Suallar müxtəlif spektrlarda olsa da, cavablar aşkar halqadan kənara çıxmırdı. Müqayisə üçün verilişin bundan əvvəlki buraxılışında qonaq olan Rəşad Sadıqovun templi və tempsiz suallara adekvat reaksiyaları və erudisiyası...

Məsələn, ondan soruşuldu ki, siz məşqçi olarkən oyununuza necə təsir etdi - cavabında panoramın açılışı, izahı "doydurucu" idi. Sultanova isə soruşulanda ki "50 manata bilet satmaq nə deməkdir?", o, "...düzdü, bu mənim cavabdeh olduğum istiqamət deyil..." deyib, sonra nə danışsa da, faydasız oldu. Çünki fikrə elə başlamaq artıq luzer yanaşmadır. Sualı öz cavabınla ötə və örtə bilmirsənsə, deməli, əslində cavabın yoxdur. Ən pisi isə bunu ümumiyyətlə uydura bilməməyindir.

Sultanovun veriliş boyu azı on dəfə, "Neftçi"də futbolçular o qədər çox məvacib almır" deməsi onun arqument kasadlığından əziyyət çəkdiyini büruzə verdi. O məntiqlə daha az məvacibə oynayan "Sumqayıt"lılar sizi kubokdan kənarlaşdırdı, çempionatda udub çempioluqdan büdrətdi və s. Bu azmış kimi, "Səbail" də daha betəri. Belə çıxır ki, sən vurmadın, mən də ölmədim...?

Verilişə hazırlıqlı çıxmaq şərt idi. Lakin bu görünmədi. Sənan soruşdu ki, mətbuat katibiniz (Rüstəm Allahverdiyev - red.) açıqlamasında 50 manata bilet satışının kommersik addım olduğunu bilirib, siz isə deyirsiniz ki, elə məqsəd yox idi...

Bəli, aparıcı sərrast davranıb, Sultanovun dediklərindən sonra bu müqayisəni ona xatırlatmışdı, qonaq isə yenə də ay dalay dalay...

Ən azı, verilişə çıxmazdan əvvəl klubun mətbuat katibiylə konsultasiya etmək gərək idi. Bəlkə daha hazırlıqlı olacaqdınız, Sultanov. Sizin erudisiyanıza və futbol təhlilinizə az-çox bələd olan biri kimi qeyd edim ki, dünən ən pis "oyunu keçirdiniz". Belə hazırlıqsızlıq davam etsə, gələn mövsümü də uğursuz qalacaqsınız. Çünki görünür, ən yaxşı nəticə üçün pul azlığı əsas məqam deyil, erudisiyanı da müntəzəm "məşqə çıxarmaq" lazım...

Elçin Cəlilov
Tarix: 14 May [13:10]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

"Qarabağ" ilk oyunda məğlub oldu

aut.az

Qarabağ qaziləri Gəncə stadionunda meydana çıxdılar - FOTOLAR

Aut.az

Dabonun təhqirinə görə "Neftçi" rəhbərliyini ittiham etdi

Aut.az

Quliyevdən sərt sözlər: "Neftçi" rəhbərliyi istefa verməlidir" - MÜSAHİBƏ

Aut.az

“Sabah” transfer çalışmalarını yekunlaşdırdı

Aut.az

Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində

Aut.az

"Neftçi" azarkeşləri Daboya görə ayağa qalxdı: "Bu ölkədən rədd olmalısan!"

Aut.az

Novruz Əzimov: "O, insan kimi o özünü belə aparmamalıdı"

Aut.az

“Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

Aut.az

Bakı klubunun futbolçusu Syerra-Leone millisində

Aut.az