Rəşad Sadıqovdan gündəm yaradacaq REPLİKA!

"Space" radionun "İdmanda" verilişinə qonaq olan Rəşad Sadıqov gündəm yaradacaq açıqlama verib.

O, getdikcə ölkə çempionatının oyunlarına azarkeş marağının azalmasının səbəbi haqda verilən suala cavabı belə başlayıb: "Bununçün biletlərin qiymətini qaldırmaq lazımdır".

Daha sonra müxtəlif detallara toxunaraq sualı cavablandıran "Qarabağ"ın kapitanı o replikanı ölkə çempionatının son turunda "Neftçi"ylə səfər qarşılamasında bilet qiymətlərinin bütün sektorlar üzrə 50 manat edilməsinə atıb.

Sadıqov verilişdə 8 komandalı ölkə çempionatı haqda suala da maraqlı cavab verib: "8 komandalı çempionatın olması heç yaxşı deyil. İnkişafa mane olur..."

VAR sisteminin Azərbaycanda da tətbiqinin lazım olduğunu bildirən Sadıqov yerli futbol hakimliyində gəncləşdirməni yaxşı qəbul etdiyini açıqlayıb.

Ən çox "Barselona"nı izlədiyini, Ferqüssonun gedişinədək ən simpatiyası olan kubun "Mançester Yunayted" oluğunu, eləcə də "Beşiktaş" "Spartak Moskva"ya daha çox simpatiya bəslədiyini açıqlayan qonaq karyerasını bitirəndən sonra məşqçiliyi bərpa edib-etməyəcəyi haqda belə danışıb: "Çətindi indi qəti nəsə deməyim. Ümumiyyətlə, məşqçilik bir az ədalətsiz peşədir. Nəticələrdən asılı oaraq ən çox sən önə çəkilirsən. Buna görə də taleyin kimdənsə asılı olur. Futbolçu deyilsən ki, müqavilənə görə səndən çəkinsinlər, məşqçi bir oyun, iki oyun uduzdu, hər an haqqında qərar qəbul edilə bilər. Buna görə də bir az qəti fikir bildirməkdə çətinlik çəkirəm baş məşqçi olmaq barədə..."
Tarix: 14 May [13:00]
Oxunub: 81 dəfə
Müəllif: Aut.az

"Qarabağ" ilk oyunda məğlub oldu

aut.az

Qarabağ qaziləri Gəncə stadionunda meydana çıxdılar - FOTOLAR

Aut.az

Dabonun təhqirinə görə "Neftçi" rəhbərliyini ittiham etdi

Aut.az

Quliyevdən sərt sözlər: "Neftçi" rəhbərliyi istefa verməlidir" - MÜSAHİBƏ

Aut.az

“Sabah” transfer çalışmalarını yekunlaşdırdı

Aut.az

Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində

Aut.az

"Neftçi" azarkeşləri Daboya görə ayağa qalxdı: "Bu ölkədən rədd olmalısan!"

Aut.az

Novruz Əzimov: "O, insan kimi o özünü belə aparmamalıdı"

Aut.az

“Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

Aut.az

Bakı klubunun futbolçusu Syerra-Leone millisində

Aut.az