Mövsüm “Qarabağ”ın “Neftçi” üzərində qələbəsi ilə başa çatdı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Sonuncu - 28-ci turun bütün oyunları eyni günə təsadüf edib.

Öncə meydana “Səbail”lə “Keşlə” çıxıb. Mövsümü sonuncu pillədə başa vuracağı öncədən dəqiqləşən "Keşlə" bu oyunda darmadağınla qalib gələrək uzun müddətdən sonra 3 xala sevinib. Bürünc medal qazanan "Səbail" isə mövsümü məğlubiyyətlə başa vurmalı olub.

“Sabah” - “Zirə” və “Sumqayıt” - “Qəbələ” qarşılaşmaları eyni saatda start götürüb. Masazırdakı qarşılaşmada qonaq komanda böyük hesabla qələbə qazanıb. Sumqayıtda isə meydan sahibləri minimal hesabla üstün olublar.

Turun və mövsümün sonuncu matçında isə artıq çempionluğu təmin etmiş “Qarabağ” əsas izləyicisi və gümüş medallarla kifayətlənməli olan “Neftçi”nin qonağı olub. Beş qolun vurulduğu bu qarşılaşmada Ağdam təmsilçisi qalib gəlib.

Azərbaycan Premyer Liqası
28-ci tur

11 may

“Səbail” – “Keşlə” 1:4
Qol: O.Akpoveta, 53 - A.Klennon, 7. E.Girdvainis, 38. S.Məsimov, 45. C.Ayite, 73.
Qırmızı vərəqə: E.Girdvainis, 52.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov.
Bayıl. “ASCO Arena”, 15:00.

Səbail: 25. Elxan Əhmədov, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 27. Emil Martinov, 9. İmanol İriberri, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı,7. Fəhmin Muradbəyli.
Baş məşqçi: Aftandil Hacıyev.
Keşlə: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov (k), 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 25. Con Kamara, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 56. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 8. Seymur Əsədov, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 21. Angelo Pena, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 90. Orxan Fərəcov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Sabah” – “Zirə” 0:3
Qol: X.S.Rodriqes, 38; 80. Robin Nqalande, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Masazır. “Əlincə Arena”, 16:00.

Sabah: 32. Dmitro Bezruk, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 12. Zahid Mərdanov, 42. Reza Biqdelo.
Ehtiyat oyunçular: 96. Əmirhüseyn Nəcəfi, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 13. Filip İvanoviç, 16. Kənan Həsənov, 87. Elçin Mustafayev, 45. Tolqar Yaqubov, 77. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.
Zirə: 1. Orxan Sadıqlı, 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake (k), 9. Aleksandr Dedov, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 17. Robin Nqalande, 20. İsmael Fofana, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Ü.İsgəndərov, 68.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov.
“Sumqayıt Arena”, 16:00.

Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 1. Anar Nəzirov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 3. Voyislav Stankoviç, 21. Lalavele Atakora, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov.
Ehtiyat oyunçular: 35. Murad Popov, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov.
Baş məşqçi: Zaur Həşimov.

“Neftçi” – “Qarabağ” 2:3
Qol: E.Mahmudov, 38-pen. C.Sansone, 40 - M.Mədətov, 15; 64. R.Almeyda, 90.
Matçın 11-ci dəqiqəsində meydan sahiblərinin forvardı Baqali Dabo penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Bakı. 8-ci km stadionu, 18:00.

Neftçi: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 18. Tural Axundov, 8. Emin Mahmudov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 4. Petru Raku, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 6. Simeon Slavçev, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı.
Baş məşqçi: Qurban Qurbanov.

 
Tarix: 11 May [19:53]
Oxunub: 90 dəfə
Müəllif: Aut.az

"Qarabağ" darmadağınla qalib gəldi

aut.az

Futbolçu itkin düşüb - Azərbaycanda

Aut.az

"Neftçi"nin sabiq futbolçusu Region Liqasında

Aut.az

“Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

Aut.az

Region Liqasına qeydiyyat başladı

Aut.az

“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi

Aut.az

Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

Aut.az

“Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - BU GÜN

Aut.az

“Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

Aut.az

“Neftçi”nin futbolçusu Qvineya yığmasında

Aut.az