"Krılya Sovetov" azərbaycanlı futbolçuya görə cəzalana bilər

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası sabiq baş məşqçisi Andrey Tixonov və keçmiş futbolçularına olan borcunu ödəməyib. 
Bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib. 
Rusiya Futbol İttifaqı (RFİ) Tixonovla müqavilə ləğv edildikdən sonra ona ödəniləcək təzminatı gecikdirdiyinə görə faiz borclarını həll etməsi üçün Samara təmsilçisinə aprelin 17-dək vaxt verib. Klub isə qarşıya qoyulan şərtləri yerinə yetirməyib və buna görə komandanın yeni oyunçuları qeydiyyatdan keçirməsinə qoyulmuş qadağa uzadılıb. 
RFİ Mübahisələrin həlli Palatası "Krılya Sovetov"un sabiq futbolçuları - Danil Klyonkin və əslən azərbaycanlı Azər Əliyevin şikayətlərini də nəzərdən keçirir. 
Mayın əvvəlində klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçməyə başlayacaq və bütün bunlar kluba problemlər yarada bilər.
Qeyd edək ki, Andrey Tixonov 2017-ci ildə "Krılya Sovetov"un baş məşqçisi olub və komandanı Premyer Liqaya yüksəldib. Hazırda "Ufa"da çıxış edən Azər Əliyev isə 2017-2018 mövsümündə bu komandanın formasını geyinib. 
Tarix: 19 Aprel [18:20]
Oxunub: 42 dəfə
Müəllif: Aut.az

UEFA Ermənistandakı stadionu diskvalifikasiya edir

Aut.az

Daha bir futbolçu "Atletiko"dan ayrıldı

Aut.az

Riberiyə "Qalatasaray"dan təklif

Aut.az

Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

Aut.az

Maradona həbs edildi

Aut.az

"Turan"ın sabiq futbolçusu həbs edildi - FOTO

Aut.az

UEFA-dan "Arsenal"a xəbərdarlıq

Aut.az

Bakıdakı finaldan öncə azarkeşlərin təxribatı - FOTO

Aut.az

DÇ-2022-də neçə komanda olacaq? - FIFA-dan yekun qərar

Aut.az

"Yuventus" Türkiyə millisinin üzvü ilə razılığa gəldi

Aut.az