Ayaz Quliyev sürücülük hüququnu itirdi

Moskva "Spartak"nın üzvü Ayaz Quliyev sürücülük hüququndan məhrum edilib.
 
Bu barədə Moskva məhkəməsi qərar qəbul edib. 23 yaşlı azərbaycanlı futbolçunun sürücülük hüququndan məhrum ediləməsinə səbəb avtomobil idarə edərkən yolu işıqforun qırmızı işığında keçməsi göstərilib. Quliyev işıqforu görmədiyini bildirsə də, məhkəmə onun arqumentlərinə əhəmiyyət verməyib.
 
Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən 29 yaşlı ABŞ vətəndaşı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla dava edib bə yumruqla burnunu qırıb. Futbolçu daha sonra amerikalıdan üzr istəyib və onun müalicə xərclərini üzərinə götürüb. Futbolçu həmçinin şikayətdən imtina etməsi üçün ona 155 min rubl ödəyib. 
Tarix: 19 Aprel [17:00]
Oxunub: 83 dəfə
Müəllif: Aut.az

Caner Erkinlə Şükran Ovalı boşanlr?

Aut.az

"Real"dan "Malyorka"ya

Aut.az

Məşqçi vəzifəsindən uzaqlaşdırıldı

Aut.az

"Barselona"dan Dembeleyə böyük məbləğdə cərimə

Aut.az

Vəfat etdi - 40 yaşında

Aut.az

İsveç millisinin üzvü A Seriyasında

Aut.az

"Twitter" qaradərili futbolçuların hesablarını izləyəcək

Aut.az

Joze Mourinyo bu klubun baş məşqçisi olacaq

Aut.az

“Qalatasaray” yeni transferini icarəyə verir

Aut.az

3 oyunluq cəza

Aut.az