Mədətovla Medvedevdən yubiley

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Keşlə” ilə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Mahir Mədətov və Maksim Medvedev yubiley matçına çıxıblar. 

Medvedev rekordçusu olduğu Ağdam klubunun heyətində ümumilikdə 400-cü oyununu keçirib. Maksim bu görüşlərdə 12 qol vurub. 30 yaşlı arxa xətt oyunçusu çempionatda 282 (10 qol), kubokda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) dəfə meydana çıxıb.

Mahir isə Premyer Liqada 100-cü oyununu keçirib. 22 yaşlı hücumçu bu qarşılaşmalarda 28 qol vurub. Bütün qollarını indiki klubunda rəqib qapısından keçirən Mədətov ağdamlıların heyətində 84 çempionat qarşılaşmasında şans qazanıb. O, digər 16 matçı yetirməsi olub debüt etdiyi “Bakı”da keçirib.

Qeyd edək ki, “Qarabağ” “Keşlə”ni üç cavabsız qolla məğlubiyyətə uğradıb.

 
Tarix: 19 Aprel [16:45]
Oxunub: 90 dəfə
Müəllif: Aut.az

"Qarabağ" darmadağınla qalib gəldi

aut.az

Futbolçu itkin düşüb - Azərbaycanda

Aut.az

"Neftçi"nin sabiq futbolçusu Region Liqasında

Aut.az

“Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

Aut.az

Region Liqasına qeydiyyat başladı

Aut.az

“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi

Aut.az

Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

Aut.az

“Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - BU GÜN

Aut.az

“Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

Aut.az

“Neftçi”nin futbolçusu Qvineya yığmasında

Aut.az