Tüpürdüyü üçün mövsümün sonuna kimi cəzalandı

Almaniya Futbol İttifaqı (DFB) "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.

Buna səbəb 22 yaşlı yarımmüdafiəçinin Bundesliqanın XXIX turunda evdə "Bayer" (Leverkuzen) komandası ilə matçın 90-cı dəqiqəsində rəqib futbolçu Kay Xavertsin üzünə tüpürməsidir. Askasibar bu hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.

Bildirilib ki, DFB gənc yarımmüdafiəçini mayın 25-dək diskvalifikasiya edib. Bundesliqada isə sonuncu - XXXIV turun oyunları mayın 18-də keçiriləcək. Bu səbəbdən o, cari mövsüm komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Santyaqo Askasibar cari mövsüm Bundesliqada 27 oyunda meydanda olub. Mövsümün başa çatmasına 5 tur qalmış komanda 21 xalla 16-cı pillədə qərarlaşıb.

Tarix: 17 Aprel [15:40]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Avstriyaya getdi

Aut.az

"Qarabağ"ın rəqibi darmadağın oldu

Aut.az

“Malyorka” La Liqada

Aut.az

A Seriyası təmsilçisindən Kipr klubuna

Aut.az

Rodalleqa “Dənizlispor”da

Aut.az

“Səbail”dən Albaniya klubuna

Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az