Futbolçular həbsdə qaldı

Moskva şəhər məhkəməsi Rusiya "Zenit"inin hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə və onların həbs müddətinin uzadılması qərarına baxıb.
Məhkəmə futbolçuların apellyasiya şikayətini rədd edərək, həbs qərarını qüvvədə saxlayıb. Beləliklə onlar sentyabrın 25-dək istintaq təcridxanasında qalacaq.
Bu işdə iştirak edən digər şəxslər - Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskinin həbsxanada saxlanılması davam edəcək.
Qeyd edək ki, futbolçularla birlikdə 4 nəfər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.
Tarix: 17 Aprel [15:20]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Avstriyaya getdi

Aut.az

"Qarabağ"ın rəqibi darmadağın oldu

Aut.az

“Malyorka” La Liqada

Aut.az

A Seriyası təmsilçisindən Kipr klubuna

Aut.az

Rodalleqa “Dənizlispor”da

Aut.az

“Səbail”dən Albaniya klubuna

Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az