Azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətçi olmaması üçün nə qədər ödəyib?

Moskva "Spartak"ında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin iştirakı ilə baş verən qəzanın detalları bəlli olub.

Yarımmüdafiəçi idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə heç bir xəsarət törətməyib. Lakin daha sonra tərəflər arasında dava düşüb. ABŞ vətəndaşına burun sümüklərinin sınması diaqnozu qoyulub.

23 yaşlı futbolçu zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Buna baxmayaraq, Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.

Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. "Spartak" klubu futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib. 
Tarix: 17 Aprel [13:15]
Oxunub: 44 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev Avstriyaya getdi

Aut.az

"Qarabağ"ın rəqibi darmadağın oldu

Aut.az

“Malyorka” La Liqada

Aut.az

A Seriyası təmsilçisindən Kipr klubuna

Aut.az

Rodalleqa “Dənizlispor”da

Aut.az

“Səbail”dən Albaniya klubuna

Aut.az

"Mançester Siti" 95 milyona müdafiəçi alır

Aut.az

Balayevin komandasının Avropa Liqasındakı oyunlarının vaxtı açqılandı

Aut.az

Avroliqadan imtina edir

Aut.az

Platininin aqibəti necə oldu?

Aut.az