Ruslar Azərbaycan yığmasından yazdı: yalnız milliləşdirilənlər diqqət çəkir?

Rusiyanın “Sportclub.ru” saytında Azərbaycan futbolu ilə maraqlı yazı dərc edilib. Məqalədə millinin ən yaxşı futbolçuları haqda qeydlər edilib. Bildirilib ki, Azərbaycan millisinin oyunçuları yaxşı texniki bacarıqlarına görə diqqət çəkirlər.

Maraqlıdı ki, yazıda yer alan oyunçulardan yalnız biri Azərbaycan futbolu yetirməsidi. Söhbət Araz Abdullayevdən gedir. Digər futbolçuların hamısı milliləşdirilənlərdi.

Rusiyalı həmkarlarımız Arazdan başqa Anton Krivotsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Rüfət Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov və Ufuk Budakın adını çəkiblər. Qazaxıstan əsilli Nazarovun azərbaycanlıdan çox alman olduğunu diqqətə çatdıran yazı müəllifi digər milliləşdirilənlərdən fərqli olaraq (MBD ölkələri və ya yaxın Türkiyədə dünyaya gəlmələri nəzərdə tutulur - red.) Almeydanın ümumiyyətlə, Azərbaycanla hər hansı bağının olmamasını xüsusi qeyd edib. Ufuk Budakın Türkiyə, Eddi İsrafilovun Anqola millisindən dəvət almadığı üçün Azərbaycan yığmasını seçdiyi qeyd olunub.
Tarix: 16 Aprel [12:50]
Oxunub: 42 dəfə
Müəllif: Aut.az

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az