"Bu peşə qorxaqların işi deyil" - Terim

"Rahat qalib gələcəyimiz oyunda xal itirdik. Buna görə çox məyusam".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 28-ci turunda "Fənərbaxça" ilə səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.

Azlıqda qalan rəqiblə görüşdə qələbəni əldən verdikləri üçün təəssüfləndiyini bildirən tcrübəli mütəxəssis hakimləri sərt tənqdi edib:
"Hakimlər haqda danışsam, cəzalandıracaqlar. Amma oyundan sonra hamı danışır, cəzalandırılmır. Nə olursa, "Qalatasaray"a olur. Qəribə hadisələr yaşanır. Söz tapmaqda çətinlik çəkirəm. Azlıqda qalan rəqibi məğlub edə bilmədik. 

Qol buraxdığımız epizodu hamı gördü. Hakim VAR-a baxıb cərimə zərbəsini göstərilməli idi. Hansısa komandanın yaxşı və ya pis oynamağı hakimi maraqlandırmamalıdır. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi hamıya görə eyni olmalıdır. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Mehmet Topalın epizoduna baxın. Hakimlərə demək istəyirəm ki, bu işi niyə görürsünüz? Qorxursunuzsa, işləməyin. Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik".
Tarix: 15 Aprel [14:40]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

Ölkə çempionatında 30 klub çıxış edəcək

Aut.az

"Krılya Sovetov" azərbaycanlı futbolçuya görə cəzalana bilər

Aut.az

Ronaldo və İrinanın yalanı ifşa olundu - Şok iddia

Aut.az

Ayaz Quliyev sürücülük hüququnu itirdi

Aut.az

Paytaxt klubunda ciddi itki

Aut.az

Transferlərə 500 milyon büdcə ayırdılar - AÇIQLAMA

Aut.az

İngilis klublarından tarixi uğur - FOTO

Aut.az

Salah müsəlmanlara səsləndi: "Qadınlara qarşı davranışlarımızı dəyişdirməliyik"

Aut.az

Yığmamız Ukraynaya uduzdu

Aut.az

Xedira üçün mövsüm başa çatdı

Aut.az