Paşayevə ŞOK cəza

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddəti açıqlanıb.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. 38 yaşlı veteran idmançının orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb. N.Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır.
Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.
Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.
N.Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış titullu ağırlıqqaldıran IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib. O, həmçinin 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub ("Report").
Tarix: 15 Aprel [14:20]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

Azad Rəhimov: "Bakıda hər bir xarici idmançı hər gün 90 avro ödəyəcək"

Aut.az

"İsti özbək buzunda" məşq edənlər ilk qələbəsini rəsmiləşdirdi

Aut.az

Ermənilər Bakıya gəlməkdən imtina etdi - Olimpiya Festivalı

Aut.az

İlham Əliyev Avropa Olimpiya Komitələrinin rəhbərini qəbul edib - FOTO

Aut.az

Prezident universiada qalibləri və məşqçiləri üçün mükafat ayırdı - SƏRƏNCAM

Aut.az

Qadın millimizin üzvünə cinayət işi açıldı

Aut.az

Rafael Ağayevlə Hacı Əliyev prezident təyyarəsində - FOTO

Aut.az

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Aut.az

Gürcüstan idmançılarına Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan etdi

Aut.az

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Aut.az