Stuxlik 4 hakimi mövsümün sonuna kimi cəzalandırdı

AFFA Hakimlər Komitəsində özbaşınalıq davam edir. Qurum idarəolunmaz vəziyyətdədi. Sədr Frits Stuxlik hakimlərlə istədiyi kimi davranır, komitə üzvləri isə bu vəziyyətdən şəxsi məqsədləri üçün istifadə edir.
 
Bir neçə gün öncə ikisi FIFA referisi olmaqla, 4 hakimin “qələmi qırılıb”. Rəhim Həsənov, Rauf Cabbarov, Rəvan Həmzəzadə və Orxan Məmmədov mövsümün sonuna kimi cəzalandırılıb. Onların son tura təyinat almaması da bununla bağlıdı. Hakimlərə cəza tətbiq edilmədiyini bildirən, işində bu prinsipə sadiq qalan avstriyalı sədr mövsümün sonunda nədənsə belə bir addım atıb.
 
Bəzi komitə üzvlərinin də dəstək verdiyi qərarın əsas səbəbi çempionatın sonunda gənc və təcrübəsiz hakimlərlə hoqqalar çıxarmaqdı. Lazım olan komandalara kömək etmək üçün onsuz da müəyyən işlər görülür. Lakin adı çəkilən təcrübəlilərin yoxluğunda bunu daha rahat etmək olacaq. Necə ki, dünən hakim Vüqar Həsənli “Keşlə”nin xal qazanması üçün hər şey etdi. Sadəcə, “Qəbələ” güclü olub, vacib qollar vurdu və meydan sahiblərini xilas etmək mümkün olmadı. Dmitri Bezotosnıya qarşı kobudluq edərək qol vurulması, hakimlərin buna göz yumması təsadüfi deyildi.
 
4 hakimin cəzalanmasının, Premyer Liqadan kənar saxlanmasının səbəbi də onlara qarşı qərəzin olduğunu, hər şeyin planlı edildiyini göstərir. Belə ki, bu hakimlərdən 23-cü tur bitən kimi normativ götürülüb. Rəhim və Orxan baş, Rauf 4-cü hakim kimi təyinat aldıqları oyunun ertəsi imtahana cəlb olunub, faktiki fiziki güclərini bərpa etməyə imkan tapmayıblar. Belədə onların normativi verə bilməməsi hardasa gözlənilən olub. Stuxlikin gözünə “pis görünən” Əliyar Ağayev isə tora düşməyib, vəziyyətdən çıxmağı bacarıb.
 
Təbii ki, normativ vermək vacibdi, hakimlərin formada olması şərtdi. Lakin ilin-günün bu vaxtında ədalət təmsilçilərini test etmək özü anormaldı. Hakimlər normativi ildə 2 dəfə verir və bu, mövsümün startında, eyni zamanda qış fasiləsində olur. Çempionatın gedişində, hətta finişə bir ay qalmış qəfil yoxlanışın arxasında məkr olmalıdı.
 
Premyer Liqada 2019-cu ildə cəmi 9 hakimin fit çaldığını nəzərə alsaq, yarışı 5 referi ilə yola vermək lazım gələcək. Qarşıda isə çempionluğun, digər medalçıların, son pillənin sahibinin taleyinin həll olunduğu 4 tur və 5 vacib kubok matçı var. İlinə 150 min avro maaş almaqla 3 illik müqavilə bağlayan avstriyalı isə heç kimlə hesablaşmır, hətta AFFA rəhbərliyini də saya salmır, öz bildiyini edir.(futbolinfo)
 
Tarix: 15 Aprel [13:15]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

Millimizin futbolçusu Rusiya klubunda

Aut.az

AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

Aut.az

Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

Aut.az

Azərbaycan millisi 10 top buraxdı

Aut.az

AFFA-da dava: əlbəyaxa oldular

Aut.az

“Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - BU GÜN

Aut.az

“Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - BU GÜN

Aut.az

“Qarabağ”ın potensial rəqibi məlum olur - BU GÜN

Aut.az

"Dandolk" - "Qarabağ" matçının bletləri bir günə satıldı

Aut.az

“Traktor” “Rizəspor”a qalib gəldi

Aut.az