"Qarabağ" mövsümün rekordçusu oldu

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə 5-ci böyük hesablı qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Əyalət klubu bu göstəricidə mövsümün rekordçusudur. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyük hesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudur. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.

Mövsümdə 5-ci böyük hesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar cari turnirdə zirvədə qərarlaşmamışdı. II turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.
 

 

 

 

Tarix: 15 Aprel [13:00]
Oxunub: 59 dəfə
Müəllif: Aut.az

Millimizin futbolçusu Rusiya klubunda

Aut.az

AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

Aut.az

Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

Aut.az

Azərbaycan millisi 10 top buraxdı

Aut.az

AFFA-da dava: əlbəyaxa oldular

Aut.az

“Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - BU GÜN

Aut.az

“Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - BU GÜN

Aut.az

“Qarabağ”ın potensial rəqibi məlum olur - BU GÜN

Aut.az

"Dandolk" - "Qarabağ" matçının bletləri bir günə satıldı

Aut.az

“Traktor” “Rizəspor”a qalib gəldi

Aut.az