Millimizin üzvü baş məşqçisiz qaldı

Türkiyənin "Giresunspor” klubu baş məşqçisi Kemal Kılıçla yollarını ayırıb. 
 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik mütəxəssisin müqaviləsinə xitam verib. Bu qərar komandanın XXIX turda sonuncu pillədə qərarlaşmış "Karabükspor”la səfərdə qolsuz heç-heçəyə razılaşmasından sonra qəbul olunub.
 
 
Kemal Kılıç bu mövsüm "Giresunspor”un "sükanı arxası”na gətirilmiş dördüncü məşqçi idi. O, 21-ci turdan etibarən komandaya rəhbərlik edirdi. Bu müddətdə Giresun təmsilçisini 9 oyuna çıxaran mütəxəssis cəmi 1 qələbəyə sevindiyi halda, 5 heç-heçə və 3 məğlubiyyət görüb. Komanda 29 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Giresunspor"da Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökçü çıxış edir.
Tarix: 15 Aprel [12:20]
Oxunub: 18 dəfə
Müəllif: Aut.az

Ölkə çempionatında 30 klub çıxış edəcək

Aut.az

"Krılya Sovetov" azərbaycanlı futbolçuya görə cəzalana bilər

Aut.az

Ronaldo və İrinanın yalanı ifşa olundu - Şok iddia

Aut.az

Ayaz Quliyev sürücülük hüququnu itirdi

Aut.az

Paytaxt klubunda ciddi itki

Aut.az

Transferlərə 500 milyon büdcə ayırdılar - AÇIQLAMA

Aut.az

İngilis klublarından tarixi uğur - FOTO

Aut.az

Salah müsəlmanlara səsləndi: "Qadınlara qarşı davranışlarımızı dəyişdirməliyik"

Aut.az

Yığmamız Ukraynaya uduzdu

Aut.az

Xedira üçün mövsüm başa çatdı

Aut.az