Elxan Məmmədov: “Kəpəz” Premyer Liqada olmayacaq”

Sərlövhəyə çıxardığımız bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova aiddi. Amma o, bunu rəsmi yox, azarkeşlərlə söhbətində deyib.
 
Dünən Gəncədə səfərdə olan Məmmədovun Gəncənin icra başçısı ilə görüşü baş tutmayıb. Niyazi Bayramovun işinin çoxluğu üzündən görüşə müavinini göndərib. O, baş katiblə birgə şəhər stadionunu gəzib, süni meydançanın salınması ilə bağlı göstəriş verilib. İllərdi arenanın həyətində yığılıb qalan süni örtük nəhayət ki, futbolçuların xidmətində olacaq.
 
Lakin klubun yeni Müşahidə Şurasının tərkibi yenə aydınlaşmayıb. Güman ki, namizədlərlə bağlı ortaq məxrəcə gəlinməyib və “Kəpəz” bir müddət də rəhbərsiz qalacaq.
 
AFFA-nın bu səfəri təbliğ etməməsi, fotoreportajın, hər hansı rəsmi xəbərin olmaması göstərir ki, Məmmədov Gəncədə isti qarşılanmayıb, planlar da istənilən kimi getmir. Bu səbəbdən islahatlar sonraya qalıb. Belə olacağını azarkeşlərin sosial şəbəkədəki paylaşımları da göstərir. Stadionda ümimi sözlərlə, ümid dolu vədlərlə kifayətlənən katib azarkeşlərlə söhbətində “Kəpəz”in Premyer Liqaya yüksəlməyəcəyini bildirib. O, bunu klubun lisenziya tələblərinə cavab verməməsi ilə əsaslandırıb.
 
Təbii ki, rəsmi açıqlama yoxdu və mövsümün bitimini gözləmək lazımdı. Avropa Liqasının finalı ərəfəsində dövlətin futbolla bağlı bir sıra addımlar atması gözlənilir və hər şey mümkündü.
 
Daha sonra Tovuza səfər edən Məmmədov burada açılacaq yeni akademiya ilə bağlı görüşlər keçirib. O, vəziyyətlə tanış olub, müvafiq tapşırıqlar verib.(futbolinfo)
 
Tarix: 14 Aprel [13:00]
Oxunub: 38 dəfə
Müəllif: Aut.az

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az