Qurban Qurbanov qısqanclığı: AFFA emblemə görə təzminat istəyir

Ağ şəhərdə Hünər qüllələri adlanan yaşayış kompleksi tikilir. “Huner Group” sosial şəbəkədə tez-tez komplekslə bağlı reklamlar paylaşır, müxtəlif aksiyalar təşkil edir.
 
Yaxınlarda yaşayış kompleksində olan futbol meydançasından çəkilən bir rolik paylaşılıb. Orada millimizin və “Keşlə“nin qapıçısı Kamran Ağayev də yer alıb. Və bu, ciddi narazılığa səbəb olub.
 
Zalın divarına Xosep Qvardiola ilə Qurban Qurbanovun böyük posterləri vurulub. Bildiyimizə görə, zalın sahibinin bu iki məşqçiyə böyük rəğbəti var, hətta Qurban bəylə dostdur. AFFA-nın baş katibi Elxan Məmmədovu özündən çıxaran da millimizin üzvünün məhz bu reklam kampaniyasına çəkilməsidi. Qurbanovu monopoliyasına aldığı Azərbaycan futbolunda əsas rəqibi görən katib bu kimi məsələlərdə çox qısqancdı.
 
Bu səbəbdən AFFA-nın hüquqşünası “Huner Group”a məktub göndərib. Səbəb isə odur ki, Kamranın reklam çəkilişində istifadə etdiyi forma, onun üstündəki emblem AFFA-ya məxsusdu. Buna görə təzminat tələb edən AFFA onları məhkəməyə verməklə hədələyib.
 
Deyilənlərə inansaq, Kamranın millinin son toplanışına çağırılmamasının da səbəbi budur. Çünki Ağayev siyahı açıqlananda zədəli deyildi, heyət bəlli olandan sonra zalda futbol oynayarkən dabanından xəsarət almışdı.
 
Xəbərdə adı çəkilən bütün tərəflərin fikirlərini işıqlandırmağa hazırıq.


Tarix: 11 Aprel [13:20]
Oxunub: 39 dəfə
Müəllif: Aut.az

“Qarabağ” – “Keşlə” 3:0 - VİDEO

Aut.az

“Sumqayıt” – “Səbail” 1:2 - VİDEO

Aut.az

Əvəzləmə zamanı kuryoz hadisə - VİDEO

Aut.az

"Neftçi-2" - MOİK - 4:1 - VIDEO

Aut.az

"Kəpəz" - "Sumqayıt-2" 1:3 - VİDEO

Aut.az

"Turan Tovuz" - "Şüvəlan" 0:1 - VIDEO

Aut.az

"Keşlə-2" - "Zirə-2" 3:1 - VİDEO

Aut.az

"Qaradağ Lökbatan" - "Ağsu" 1: 2 - VİDEO

Aut.az

"Sabah-2" - "Səbail-2" 4:1 - VİDEO

Aut.az

Adamyeyənlər arasında olmuş azərbaycanlı: "Düyü alıb, bizi yemədilər" - FOTO/VİDEO

Aut.az