Qurban Qurbanov: “Qalib gəlməsəydik də, razı qalacaqdım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı oynadı və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. Çünki çox ağır oyun keçirdilər. Bundan sonrakı matçlarımız daha ağır keçəcək”.

47 yaşlı mütəxəssis futbolçusu Riçard Almeydanın çıxışı barədə də danışıb. O, bildirib ki, bəlkə də bu gün Almeydaya qarşı daha diqqətli oynayırdılar və nəticədə o, səhvlərə yol verirdi: "Araz Abdullayev təcrübə və sürətindən düzgün yararlandı. Onun irəliyə açılması lazım idi və şansından yararlana bildi. 6:0 hesablı qələbədən sonra komandanın kökləməkdə çətinlikləri ola bilər. Amma biz hər gün bunu futbolçuların nəzərinə çatdırırdıq ki, diqqətli olsunlar".

Qurbanov Mahir Mədətov barədə yazılara reaksiya vermədiyini vurğulayıb: "Çünki mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın".

 
Tarix: 7 Aprel [16:15]
Oxunub: 53 dəfə
Müəllif: Aut.az

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az