Milyon avroluq heç-heçə

İllər belə yola verilir, milyonlar dağıdılır. Hansısa real nəticə yoxdu.
 
Ola da bilməz. Bu ölkədə futbolun inkişafına cavabdeh şəxslər ən yaxşı halda Xorvatiyada darmadağın olmamağı qələbə saya, uğur kimi qələmə verə bilərlər. Avropa çempionatının final mərhələsinə vəsiqəni hətta xəyal etmək bu insanların kafasına görə deyil. Tapşırıq verəni aldatmağa min bir bəhanə taparlar, amma həqiqi inkişaf üçün bircə yol da düşünə bilməzlər.
 
11 ildi Azərbaycan futbolu belə idarə olunur. Dövlət büdcəsindən milyardlar xərclənib, dövlət idmanın bu növünə hər cür qayğı göstərib, qarşılığında ancaq geriyə addım atmışıq. Çünki mahiyyət unudulub, futbol ətrafında hər şey nəzərə alınıb, yalnız top oyununun özü yaddan çıxıb. Topçiləmə festivalları, yalançı marketinq gedişləri ilə süni ab-hava yaradılıb, futbolun inkişafı “lazım bilinməyib”.
 
Litva ilə dünənki “şərəfsiz sülh” faciəvi deyil. Adi yoxlama oyunu idi, nəticə önəm daşımırdı. Amma fakt odur ki, Xorvatiyadakı məğlubiyyəti qələbə kimi qələmə verənlərin maskası növbəti dəfə cırıldı. Bu milli komanda millətin komandası deyil, Riad Rəfiyev kimi işbazların istəyi ilə qurulan faydasız legionerlərin yığınıdı. O və hamiləri öz qazancını düşünür, bu ölkə, bu millət heç kimin vecinə deyil. Cibləri dolsun, futbol inkişaf etməsə də olar.
 
Yurçeviç mətbuat konfransında üstün oyundan, yaxşı futboldan dəm vurub. Xorvat birillik müqaviləsinin sonunacan belə başaldatma ilə məşğul olacaq. Yığmaya rəhbərlik etmək önun beyninin “razmer”i deyil, müvəqqəti seçilən qurbandı. O da fərqindədi, bu rola 1 milyon avronu qazanmaq üçün razılaşıb. Kimlər üçünsə qalxandı, özünü söydürüb gedəcək, əsas günahkarlar kölgədə qalacaq.
 
Millinin bəlli potensialı var. Və bu perspektivsizliyin günahkarı Yurçeviç deyil, 11 ildi səhv strategiya ilə futbolu idarə edənlərdi. Güclü futbol ölkəsi olmağımız üçün sistemli iş görülməli idi və bu gün onun bəhrəsini görməli idik. Amma indi kiminsə yaxşı qazanması üçün milliləşdirilmişlərin ümidinə qalmışıq. Onların da hüdudlü səviyyəsi var, Azərbaycan millisini final mərhələsinə aparmaq gücündə deyillər, qazanmaq və qazandırmaq üçün seçilənlərdi.
 
Bizə milli komandaya əcnəbi baş məşqçi seçmək yox, futbol təsərrüfatına işləyən BAŞ lazımdı. Bu futbolçularla eyni nəticəni Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Təbriz Həsənov kimi sözəbaxanlar da əldə edərdi. Başa düşürük, Qurban Qurbanov vicdanla, namusla işlədiyi üçün sizə mane olurdu, heç olmasa, bir formal fiqur qoyub tsikli yola verərdiz, daha 1 milyon avronu havaya sovurmaq nəyə lazım? Axı, Yurçeviç də sistem yaradacaq, inkişafı təmin edəcək mütəxəssis, sehrbaz deyil...
 
Yay qaynar başlayacaq. İyundakı növbəti 2 oyundan sonra at izi it izinə qarışacaq. Yurçeviçi, futbolçuları qınamağa tələsməyin, onları qıınamaqla hədəfdən yayınmış olarıq. Ölkə futbolunu bərbad günə qoyanları indidən müəyyənləşdirmək, iyunda onlardan qurtulmaq üçün açıqgözlü olmaq lazımdı. Avropa çempionatına yüksəlmək haqda vədlər suya düşəndən sonra indiki rəhbərliyin bütün yalanları ifşa olunacaq. Hələlik ömürlərini daha bir il uzadıblar. Süni həblərlə, dərmanlarla çox yaşamaq olmaz, zamanla bu vasitələrin də təsiri qalmayacaq.
 
Litva ilə matç sıradan oyun idi. Amma eyforiyadan gicəllənənlər, yalançı təbliğatla məşğul olanlar bu oyundan sonra gizlənməyə deşik axtarsın. 11 illik fəaliyyəsizliyin bir sonu olmalıdı. Bu ölkədə futbolun inkişafı mümkündü. Hər cür şərait də var, dövlət qayğısı da. Sadəcə, işi vicdanlı insanlara tapşırmaq, onlara güvənmək lazımdı, bu dövləti, bu milləti sevməyən, yalnız cibini düşünən fürsətçilərə yox. Onlari tribunalara gəlməyən, futboldan iyrənən azarkeşlər çoxdan tanıyır, ölkə rəhbərliyi də nəhayət, tanıyacaq.(Futbolinfo)
Tarix: 26 Mart [18:00]
Oxunub: 84 dəfə
Müəllif: Aut.az

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az