Mahir Şükürov: "Heç nəyə ümid etmirəm, qrupdan çıxa bilməyəcəyik"

Veteran futbolçumuz Mahir Şükürov yığmamızın oyunları ilə bağlı fikirlərini bildirib.
 
Milimizin sabiq üzvü Sport7.az-a açıqlamasında bunları söyləyib: "Yığmada heç nə dəyişməyib. Dünənki oyunda nə hücüm, nə də başqa bir şey vardı. Kor-koranə oynayırlar. Belə oyunla heç nə etmək olmaz. Litva bizdən daha yaxşı oynadı. Heç nəyə ümid etmirəm, qrupdan çıxa bilməyəcəyik. Çünki bütün rəqiblərimiz güclüdü".
 
Şükürov komandamızda lider çatışmazlığının da olduğunu vurğuladı:"Əlbəttə, lider çatışmazlığı var. Əvvəl komandada liderlər çox idi.  İndi isə yoxdu. Bunun səbəblərinin nə olduğunu bilmirəm. Yəqin ki, ölkədə futbolçu yetişməməsindən irəli gəlir".
 
Mahir Qurban Qurbanovun yığması ilə Yurçeviçin topladığı komandanı müqayisə də etdi: "Hər ikisi eyni komandadı. Heç bir dəyişiklik görmürəm. Foqtsun vaxtındakı yığma bir yığma idi. Gəldi, getdi, onunla da bitdi. Bundan sonra elə bir yığma gəlməz daha. Həm oyun, həm liderlər vardı. İstədiyimiz vaxt oyunu "çıxara" bilərdik. Sadəcə, o vaxt bizə güclü komandalar rəqib olurdu. İndiki kimi zəif rəqiblər düşmürdü. Prosineçkinin vaxtında da yığma pis deyildi. Yadınıza gəlirsə, Xorvatiya ilə heç-heçə oynadıq və həmin komandanın baş məşqçisini işdən çıxardılar. Başa düşdüz nə demək istəyirəm? Bundan sonra bəlkə 20 il gözləməliyik ki, inkişaf görək. Uşaq futbolunda futbolçu yetişdirməsən, milli düzələn deyil. Yalandan gedim kənardan futbolçu gətirim oynadım, bu şəkildə yığma düzəlməyəcək. Legioner gətirirsənsə, səviyyəli olmalıdı ki, millini gücləndirsin. Əlibabaya gətirib pasport verim oynadım, bununla iş düzələn deyil. Vallah ayıbdı. Öz uşaqlarımız qalıb kənarda, yığmada demək olar legionerlər oynayır. Baxın, Almeydanın 30 yaşı var, əvvəlki deyil. Yaxud da Dmitri Nazarov, Rüfət Dadaşov, başqaları olsun. Bəzilərini tərifləyib, yalandan aldatmaqla deyil. "Ay milli komanda Xorvatiyaya qarşı yaxşı oynadı" və sair... Oturun xorvatlarla oyuna baxın. Komanda, çox demirəm, 40 saniyə top saxlaya bildi? Çəkildilər müdafiəyə, gözlədilər ki, Xorvatiya gəlsin, bunlar da əks-hücumda oynasınlar. Bizim vaxtımızda komanda top saxlayırdı, hücuma çıxırdı, sürət var idi".
 
Xorvatiyaya qol vuran Ramil Şeydayevə də tərifnamələr "yağdırılır". Bəs Şükürov onun potensialı ilə bağlı nə düşünür?: "Saytlardan birində oxudum. Bəziləri Qurban Qurbanovu qınayır ki, Ramilə şans vernirdi. Guya Rusiyada ona şans verilir? Hər dəfə 5, 10 dəqiqə oynayır. Bilirəm, qol da vurur. Amma meydana çıxıb 90 dəqiqə oynasa o zaman deyərəm ki, artım var. İndi onun ehtiyat oyunçular skamyasında oturan deyil, meydana çıxıb oynayan vaxtıdı. Futbolçudu, indiki zamanda formada ola bilər. Amma 2-3 aydan sonra onun hansı vəziyyətdə olacağını bilmirsən axı. Həmin formada olacaqmı?".
Tarix: 26 Mart [13:15]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az