Eddinin milliyə çağrılmamasının əsl səbəbi

Tanınmış rus radiolarının birində məzəli bir lətifə eşitmişdim: "Mən kəndimizdə yeganə kişi idim, nə qədər ki, kəndə yeni kişi gəlməmişdi”. İndi Azərbaycan millisindəki vəziyyət eynilə bu söhbəti xatırladır. Baş məşqçisi oyuncaq, lideri olmayan bir komandanı bizə sırıyıblar. Onu sevməli, əzizləməli, dəstəkləməli, uğursuzluqlarına üzülməliyik. Alın yazımızdı...
 

İndi həmin bu baş məşqçisi oyuncaq, lideri olmayan komandada kimin ayağı ki, bir az top tutur, meydanda digərlərindən fərqlənir, dərhal da "ulduz”a çevrilir. Həmin "ulduz” da yalançı parıltısıyla sadəlöhv azarkeşlərin gözünü qamaşdırmağa, bizə yuxarıdan aşağı baxmağa başlayır. Eddi İsrafilov kimi.

Biz tankın-topun qabağına xəncərlə, dayan doldurum tüfənglə çıxmışıq. İndi də özümüzü aldadırıq. Xorvatiyanın, Macarıstanın, Slovakiyanın, Uelsin milli futbolçuları hansı klublarda oynayır? Özünüz yaxşı bilirsiz. Azərbaycan millisində kim var? Eddi İsrafilov! Elxan Məmmədovun şirin yalanlarına uyub, Eddinin bizi Avropa çempionatının filan mərhələsinə yüksəldəcəyinə inan adamlar, bu cür sərsəm fikirlərə efirdən, mətbuatdan mədhiyyə oxuyanlar özlərini həkimə göstərsinlər. Ya həmin adamların başında ağıl yoxdu, ya da vicdanla bağlı problemləri var.
 
Eddinin həyatı İspaniyanın aşağı dəstə klublarında gün keçirməkdən ibarətdi. Adamın futbolu ondan o tərəfə keçməyə imkan vermir. Riad Rəfiyevlə Elxan Məmmədovun işbirliyi sayəsində İsrafilov Azərbaycan millisinin futbolçusuna çevrilib. Bəh-bəhlə, hay-küylə Bakıya gətirdilər. Paytaxtımıza təyyarənin biznes-klasında gəldi, beşulduzlu otellərdə gecələdi. Özü də tək gəlməmişdi, başının dəstəsiylə. Sonra toz-tozanaq yatdı, Prosineçki onlara başa saldı ki, sizin bal adıyla aldığınız Eddi heç doşab da deyil.
 
Çoxdandı unudulmuşdu. Sözəbaxan Yurçeviçin adından açıqlanan siyahıda onun da adı yazılmışdı. "Sumqayıt”a prezidentlik etməklə yanaşı Yurçeviçlə Eddinin meneceri olan Rəfiyev bu fürsəti əldən qaçıra bilməzdi. Ona görə də ilk imkandaca İsrafilovun milliyə yolunu yenidən açdılar. İnsafən, ümumi ansanbılın fonunda seçilə bildi. Bu da yazının əvvəlində vurğuladığım kimi, kəndə ikinci kişinin gəlişi məsələsinə bənzəyir. Azərbaycan millisinin son illərdə formalaşan ən zəif heyətində Eddi gözə çarpır, digərlərindən fərqlənir. Yaxşı məktəb keçib, Azərbaycan Premyer Liqasından qat-qat səviyyəli çempionatda çıxış edir.
 
İndi həmin Eddidən soruşurlar ki, Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə milliyə niyə çağırılmırdın? O da cavabında "bu barədə məndən yox, Qurbanovun özündən soruşmalısız” deyir.
 

Yox, cavan oğlan. Qurban Qurbanovdan soruşamağa nə gərək var? Olmaya, sən özün bunun səbəbini bilmirsən? Biz də bilirik, sən də bilməmiş olmazsan. Qurban bəy Azərbaycan millisinin heyətinə futbolçu seçəndə sən İspaniyada futbolunla yox, porno qalmaqalı ilə gündəmə gəlirdin. Unutmusanmı?

2016-cı ilin sonlarından etibarən Eddinin adı İspaniya mətbuatının gündəmindən düşmürdü. "Eybar”ın iki futbolçusu Serxi Enrix və Antonio Lunanın adı, onların 17 yaşlı qızla intim görüntülərinin yayılması ilə bağlı məlumatlar bizim yadımızdan çıxmayıb axı. Eddi komanda yoldaşlarının biədəb görüntülərini internetdə yaymış, həm özünü, həm də onları biabır etmişdi. Məsələ məhkəmə çəkişməsinə qədər uzanmışdı. Məhkəmə prosesi, dostlarının Eddini ittiham etməsiylə bağlı indinin özündə də internetdə yetərincə məlumat tapmaq mümkündü.
 
Bütün bunların fonunda Qurban Qurbanovdan "Eddini niyə milliyə çağırmırdın” soruşmağın mənası varmı?!
 

Amal ABUŞOV

Tarix: 26 Mart [13:00]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

"Dundalk"ın baş məşqçisi: "Qarabağ" son 7 mövsümdə qarşılaşacağımız ən güclü komandadı"

Aut.az

Gəncəli veteran: "Yaşar, mənliyin, şəxsiyyətin olsa, bura gəlməzsən"

Aut.az

"Qarabağ"ın oyunu canlı yayımda

Aut.az

“Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

Aut.az

“Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

Aut.az

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Aut.az

Qədirovun getməsini Kamran Quliyev istəməyib

Aut.az

"Qarabağ"dan işğalla bağlı paylaşım

Aut.az

Qurbanovun jurnalistlərlə görüşünün vaxtı bilindi

Aut.az

“Dandalk”ın futbolçusu: “Heç nədən çəkinmirik, oyunu qazanacağıq”

Aut.az