Aqolli rəsmən ABŞ klubunda: "Çox həyəcanlıyam"

Bir neçə gün öncə "Qarabağ"la vidalaşan Ansi Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib.

Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb.


Nyu-York təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşən 36 yaşlı alban müdafiəçi belə deyib: "Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada Amerika futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həminənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki,Aqolli təkcəbacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".

"Kosmos" klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".

Qeyd edək ki, Aqolli 2010-2019-cu illər aralığında "Qarabağ"ın uğurları üçün tər töküb.

Tarix: 26 Mart [11:30]
Oxunub: 68 dəfə
Müəllif: Aut.az

Ulduz futbolçunun ölkəyə girişi qadağan edilə bilər

Aut.az

"Arsenal" "Real"ın futbolçusunu icarəyə götürdü

Aut.az

İnyesta La Liqanın səfiri seçildi

Aut.az

"Dinamo" Qəbələyə 24 futbolçu ilə gəlir

Aut.az

Təcavüzdə ittiham olunan Ronaldo ilə bağlı gözlənilməz qərar

Aut.az

Dünyanın ən bahalı futbol klubu

Aut.az

Məşhur futbolçunun bu görüntüsü müzakirələrə səbəb oldu - FOTO

Aut.az

Emin oynamadı

Aut.az

“Beşiktaş”dan Braziliya klubunda

Aut.az

"Neftçi" ilə oyunlar üçün 22 futbolçu - Siyahı

Aut.az