Millimizin heyəti bilindi: Yurçeviç 4 dəyişiklik etdi

Bu gün Litva ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin start heyəti bəlli olub. 
 
Matc.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç bəzi dəyişikliklərə əl atıb.
 
Belə ki, xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə (1:2) dörd gün öncə baş tutan görüşlə müqayisədə 4 əvəzləməyə əl atıb.
 
Qapıda yenə Səlahət Ağayev dayanacaq. Müdafiə xəttində iki dəyişiklik olub. Mərkəzdə Bədavi Hüseynova Anton Krivotsyuk tərəfdaşlıq edəcək. Kapitan Maksim Medvedev sağ cinahdakı yerini tutacaqsa, solda bu dəfə Təmkin Xəlilzadəyə şans veriləcək.
 
Yurçeviç orta sahəyə əl vurmayıb. Belə ki, Qara Qarayev - Riçard Almeyda - Eddi İsrafiov "trio"su yenə iş başında olacaq.
 
Ancaq hücum xəttində də 2 dəyişiklik diqqət çəkir. Baş məşqçi Rüfət Dadaşovu mərkəz hücumçusu qismində oynadacaq. Cinahlarda isə ona Ramil Şeydayevlə Araz Abdullayev kömək edəcəklər.
 
Yığmamızın start heyəti: Səlahət Ağayev - Bədavi Hüseynov, Anton Krivotsyuk, Maksim Medvedev, Təmkin Xəlilzadə - Qara Qarayev Eddi İsrafilov, Riçard Almeyda - Araz Abdullayev, Ramil Şeydayev, Rüfət Dadaşov.
 
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Litva oyunu 18:00-da start götürəcək.
Tarix: 25 Mart [15:10]
Oxunub: 70 dəfə
Müəllif: Aut.az

"Dundalk"ın baş məşqçisi: "Qarabağ" son 7 mövsümdə qarşılaşacağımız ən güclü komandadı"

Aut.az

Gəncəli veteran: "Yaşar, mənliyin, şəxsiyyətin olsa, bura gəlməzsən"

Aut.az

"Qarabağ"ın oyunu canlı yayımda

Aut.az

“Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

Aut.az

“Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

Aut.az

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Aut.az

Qədirovun getməsini Kamran Quliyev istəməyib

Aut.az

"Qarabağ"dan işğalla bağlı paylaşım

Aut.az

Qurbanovun jurnalistlərlə görüşünün vaxtı bilindi

Aut.az

“Dandalk”ın futbolçusu: “Heç nədən çəkinmirik, oyunu qazanacağıq”

Aut.az