"Ansi Azərbaycandakı ən yaxşı səfirimiz idi" - Albaniya prezidenti

Albaniya prezidenti İlir Meta da Ansi Aqollinin 9 il formasını geyindiyi "Qarabağ" klubundan ayrılmasına biganə qalmayıb.

Bir müddət öncə Bakıda 36 yaşlı futbolçu ilə görüşən ölkə başçısı Ansinin Azərbaycan Premyer Liqanın 21-ci turunun "Səbail"lə oyunundan sonra komanda yoldaşları və azarkeşlərlə vidalaşdığı anları əks etdirən videonu şəxsi "Feysbuk" səhifəsində paylaşaraq, bu sözləri yazıb:

"Bir neçə gün öncə Bakıda məşhur futbolçumuz Ansi Aqolli ilə görüşməkdən məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 9 il çıxış etdiyi Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Tək mən deyil, Bakıda Albaniyanı təmsil etmiş istənilən şəxs, əminəm ki, Ansi haqda ən yaxşı sözləri eşidib. O, bizim Azərbaycandakı ən yaxşı səfirimiz idi. Aqolliyə gələcək karyerasında uğurlar arzu edərək, onun çempion komanda və azarkeşlərlə vida anlarını bölüşməkdən məmnunam".

Qeyd edək ki, "Qarabağ"ı ABŞ-ın "Nyu-York Kosmos" klubuna dəyişən Aqolli bu gün yeni komandasında ilk məşqinə çıxıb. Təcrübəli müdafiəçi karyerasını başa vurduqdan sonra klubun uşaq futbol akedemiyasında işləyəcək.
Tarix: 19 Mart [16:30]
Oxunub: 77 dəfə
Müəllif: Aut.az

"Dundalk"ın baş məşqçisi: "Qarabağ" son 7 mövsümdə qarşılaşacağımız ən güclü komandadı"

Aut.az

Gəncəli veteran: "Yaşar, mənliyin, şəxsiyyətin olsa, bura gəlməzsən"

Aut.az

"Qarabağ"ın oyunu canlı yayımda

Aut.az

“Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

Aut.az

“Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

Aut.az

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Aut.az

Qədirovun getməsini Kamran Quliyev istəməyib

Aut.az

"Qarabağ"dan işğalla bağlı paylaşım

Aut.az

Qurbanovun jurnalistlərlə görüşünün vaxtı bilindi

Aut.az

“Dandalk”ın futbolçusu: “Heç nədən çəkinmirik, oyunu qazanacağıq”

Aut.az